Hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü
Martın 30-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Hüseyn Mahmudov ənənəvi ikiərəfli hərbi əməkdaşlıq mövzusu ilə bağlı maraq doğuran məsələlərə toxunub.
Öz növbəsində, Pakistan Birləşmiş Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin direktoru İftixar Vayn ikitərəfli münasibətlərin bundan sonra da inkişafı və möhkəmləndirilməsi ilə bağlı məsələlərə toxunub.
Qeyd edək ki, Azərbaycan və Pakistan arasında ikitərəfli hərbi əməkdaşlıq üzrə İşçi Qrup uzun illərdir mövcuddur və iki dövlətin hərbi idarələri arasında əlaqələndirici orqandır.
.
Maybe you are interested in:
ABŞ-Azərbaycan müdafiə məsləhətləşmələri olub
Azərbaycan və Pakistan prezidentlərinin görüşü