Federal lәzgi
milli-mәdәni muxtariyyәti

ABŞ-Azərbaycan müdafiə məsləhətləşmələri olub

 

Martın 23-də Vaşinqtonda Azərbaycan Müdafiə Nazirliyi və ABŞ-ın Müdafiə Departamenti arasında ikitərəfli müdafiə məsləhətləşmələri həyata keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyinin məlumatına görə, məsləhətləşmələr zamanı Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq kontekstində ikitərəfli hərbi əməkdaşlıq, NATO çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər məsələlər və gələcək planlar müzakirə edilib.

Azərbaycan tərəfindən Müdafiə və Xarici İşlər nazirliklərinin təmsilçilərindən ibarət nümayəndə heyətinə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Hüseyn Mahmudov, ABŞ tərəfindən isə Müdafiə və Dövlət departamentləri, Birləşmiş Qərargah, Avropa komandanlığı, Oklahoma Milli Qvardiyasının təmsilçilərindən ibarət nümayəndə heyətinə ABŞ Müdafiə katibinin köməkçisinin müavini Dr. Maykl Karpenter rəhbərlik edib.

Tədbirdə həmçinin ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov iştirak edib.

.

www.contact.az

.

Maybe you are interested in:

ABŞ Azərbaycanla bütün sahələrdə əməkdaşlığın davam etdirilməsini və genişləndirilməsini səbirsizliklə gözləyir

Azərbaycan-Amerika hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü

Hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü

NATO İPAP çərçivəsində Azərbaycanla əməkdaşlığın 4-cü mərhələsini təsdiq edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz