Federal lәzgi
milli-mәdәni muxtariyyәti

NATO İPAP çərçivəsində Azərbaycanla əməkdaşlığın 4-cü mərhələsini təsdiq edib

 

NATO Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (FTƏP) 2015-2016-cı illəri əhatə edən 4-cü mərhələsinin sənədini təsdiq edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bu plan çərçivəsində NATO-nun Beynəlxalq Qərargahı ilə Bakıda və Brüsseldə 28+1 formatında Tərəfdaşlıq Məqsədlərinin və tədbirlərin yerinə yetirilməsinin analizi üzrə görüşlər keçirilir.

41 Tərəfdaşlıq Məqsədlərindən 27-si (Ümumi-17, Quru Qoşunları-5, Hərbi Dəniz Qüvvələri-1 və Hərbi Hava Qüvvələri-4) Silahlı Qüvvələrə aiddir.

NATO-nun keçirdiyi sülhməramlı əməliyyatlarda iştirak etmək üçün Sülhməramlı bölük, Axtarış-xilasetmə üzrə taqım, Tibb taqımı, Mühəndis-istehkam taqımı və Helikopter qrupu ayrılıb.

Müdafiə Nazirliyi həmçinin bildirir ki, FTƏP-in 2005-2007, 2008-2010 və 2011-2013-cü illəri əhatə edən 1-ci, 2-ci və 3-cü mərhələləri müvəffəqiyyətlə yerinə yetirilib.

FTƏP öhdəlikləri çərçivəsində 2010-cu ildə Hərbi Doktrina və 2013-cü ildə Dəniz Təhlükəsizliyi Strategiyası qəbul edilib.

2014-cü ildə ilk dəfə NATO Hərbi Tərəfdaşlıq İdarəsində Azərbaycan SQ-nin əlaqələndirici zabiti təyin edilib.

Orduda sülhməramlı və humanitar xarakterli çoxmillətli əməliyyatlarda iştirak etmək məqsədilə sülhməramlı və xüsusi bölmələr (tibbi, mühəndis və təminat üzrə bölmələri), eləcə də Azərbaycan ərazisində NATO çərçivəsində çoxmillətli təlimlərin planlaşdırılması və keçirilməsi üçün təlim bazaları hazırlanır.

Müdafiə Nazirliyi və Baş Qərargah daxil olmaqla Silahlı Qüvvələrin bütün qoşun növlərinin ştat-strukturu (Q) NATO standartlarına uyğunlaşdırılıb.

Bundan əlavə, NATO qüvvələri ilə birgə əməliyyat uyarlığı imkanlarına nail olunması məqsədilə Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində fəaliyyət davam etdirilir.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 9 zabiti NATO-nun müxtəlif qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi vəzifələrində xidmət edir.

Müdafiə Nazirliyinin nəzdində Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsində Avro-Atlantik İnteqrasiya şöbəsi, NATO-nun Standartlaşdırma Sazişləri üzrə Komissiya, Azərbaycan Ali Hərbi Məktəbində NATO/SNT Kafedrası, Tərəfdaşlığın Təlim və Tədris Mərkəzi fəaliyyət göstərir. 

.

contact.az

.

Maybe you are interested in:

ABŞ-Azərbaycan müdafiə məsləhətləşmələri olub

NATO Türkiyə səmasında mühafizəni gücləndirir

ABŞ Azərbaycanla bütün sahələrdə əməkdaşlığın davam etdirilməsini və genişləndirilməsini səbirsizliklə gözləyir

Azərbaycan-Amerika hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Amerika ordusu Azərbaycanın iştirakı ilə Ukraynada hərbi təlimə hazırlaşır

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz