Amerika ordusu Azərbaycanın iştirakı ilə Ukraynada hərbi təlimə hazırlaşır
Rusiyanın Krımı ələ keçirdiyi və Ukraynanın şərq sərhədlərinə qoşun cəmləşdirdiyi bir vaxtda Kiyevdəki yeni hakimiyyətin qərbli müttəfiqləri hələlik ruslara hərbi cavab verməyə hazırlaşmır.
Bununla belə virtualaz.org saytına məlum olub ki, Birləşmiş Ştatlar Ukrayna ərazisində Azərbaycanın və NATO ilə tərəfdaşlıq edən digər ölkələrin iştirakı ilə hərbi manevrələr keçirməyə hazırlıq görür.
Amerika qaynaqları xəbər verir ki, Birləşmiş Ştatların Avropadakı qoşunlarının komandanlığı bu ilin yayında iki hərbi təlim planlaşdırmışdı. Onlardan biri iyul ayında Rusiyada, digəri isə Ukraynanın qərbində olmalıydı. Martın 3-də Rusiyanın Krıma hərbi müdaxiləsinə cavab olaraq Pentaqon ruslarla bütün hərbi əməkdaşlığı kəsdiyini elan edib. ABŞ Hərbi Hava Qüvvələrinin polkovniki Devid Vestover bildirib ki, Rusiyanın Çelyabinsk vilayətində keçirilməsi planlaşdırılan və sülhün birgə dəstəklənməsinə yönələn "Atlas Vision 2014” manevrələri ləğv edilir. Bununla belə Ukrayna ərazisində keçirilməsi planlaşdırılan daha irimiqyaslı
"Rapid Trident 2014” təlimləri qüvvədə qalır və hazırda bu təlimlərə hazırlıq davam edir. Birləşmiş Ştatların Avropadakı komandanlığı tərəfindən keçiriləcək bu hərbi manevrələr Ukraynanın Lvov əyalətində, Polşa ilə sərhədlərin yaxınlığında olacaq. Təlimdə Ukraynanın və NATO ilə tərəfdaş digər ölkələrin quru qoşunları iştirak edəcək.
Polkovnik Vestover deyib ki, "Rapid Trident 2014” təlimlərində ABŞ-ın Avropadakı qoşunları ilə yanaşı Ermənistan, Azərbaycan, Bolqarıstan, Kanada, Gürcüstan, Almaniya, Moldova, Polşa, Rumıniya, Böyk Britaniya və Ukrayna qüvvələrinin iştirakı nəzərdə tutulur. Hazırda təlimlərə hazırlıq davam edir. Ötən ilki bu cür təlimlərdə 1300 hərbçi iştirak edib.
Qeyd edək ki, Ukrayna ilə bağlı situasiya Azərbaycan üçün kifayət qədər həssas olduğu üçün rəsmi Bakının bu ölkə ərazisində keçiriləcək hərbi manevrlərdə iştirakına yenidən baxacağı istisna deyil. Çünki indiki gərbin vəziyyətdə Azərbaycan öz hərbi qüvvələrini Amerikanın Ukraynada keçirəcəyi təlimlərə göndərməsi Rusiya tərəfindən qəzəblə qarşılanardı. Rəsmi Bakı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı neytral qalmağa üstünlük verir və kifayət qədər ehtiyatlı davranır. Baxmayaraq ki, Ukrayna Azərbaycan üçün strateji əhəmiyyətli tərəfdaşdır. Eləcə də istisna deyil ki, Ermənistan da Ukraynada planlaşdırılan hərbi manevrlərdə iştirakına yenidən baxacaq.
.
We advise you to sign up, to be full of users of our website.
Maybe you are interested in:
Şərh əlavə edin