İlin əvvəlindən Cənubi Qafqaz ölkələrinin silahlı qüvvələrinin itkiləri 24 nəfər təşkil edib
2016-cı ilin əvvəlindən martın 25-nə qədə Cənubi Qafqaz ölkələrinin müdafiə və təhlükəsizlik sektorlarının itkiləri 24 nəfər təşkil edib. Onlardan 8 nəfəri atəşkəs rejiminin pozulması nəticəsində həlak olub, 16 nəfər qeyri-döyüş itkiləridir, xəbəri "Xəzər” Hərbi Araşdırmalar İnstitutu KİV-in məlumatlarına əsasən yayıb.
Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkiləri 8 nəfər təşkil edib – 4 nəfər döyüş, 4 nəfər qeyri-döyüş şəraitində həlak olub.
Belə ki, dörd hərbiçi Ermənistan tərəfindən açılan atəş nəticəsində həlak olub. Bir hərbiçi avtomobil qəzasında, biri bədbəxt hadisə nəticəsində həlak olub, bir nəfər xidmət yoldaşı tərəfindən güllələnib, daha bir nəfər isə xəstəlikdən dünyasını dəyişib.
Yeddi hərbiçi Müdafiə Nazirliyinin hərbi hissələrində, biri sərhəd qoşunlarında xidmət edirdi.
Hesabat dövründə altı hərbiçi yaralanıb və ya bədən xəsarəti alıb. Bu zaman dörd nəfər erməni gülləsindən yaralanıb. Daha bir nəfər avtomobil qəzasında bədən xəsarəti alıb. Bundan başqa, bir hərbiçi təlim zamanı qumbaranın partlaması nəticəsində yaralanıb.
Ermənistanın müdafiə və təhlükəsizlik sektorunun itkiləri 14 nəfər təşkil edib. Bu zaman dörd nəfər Azərbaycan tərəfindən açılan atəş nəticəsində öldürülüb.
Daha dörd nəfər avtomobil qəzalarında həlak olub. Bundan başqa, 5 nəfər intihar edib, bir nəfər isə xidmət yoldaşı tərəfindən güllələnib.
Bütün həlak olanlar Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçuları olub. 8 hadisə işğal edilmiş Dağlıq Qarabağda, 6 hadisə isə Ermənistanda qeydə alınıb.
Hesabat dövründə müqavilə üzrə xidmət edən iki nəfər avtomobil qəzasında xəsarət alıb.
İlin əvvəlindən Gürcüstan ordusunun itkiləri iki nəfər təşkil edib. Onlardan biri H1N1 virusuna yoluxaraq, digəri bədbəxt hadisə nəticəsində vəfat edib. Hər iki hərbiçi Müdafiə Nazirliyində xidmət edirdi.
"Xəzər” Hərbi Araşdırmalar İnstitutu Almaniyada yerləşir. Qurum 2014-cü ildə vətəndaş cəmiyyətinə təzyiq nəticəsində Azərbaycanı tərk edən hərbi jurnalist və ekspert Cəsur Sümərinli tərəfindən təsis edilib.
.
Maybe you are interested in:
Baş Prokurorluq: “Müsəlman Birliyi”nin 68 üzvü həbs edilib
“Günəşli” platformasında qurbanların sayı daha az ola bilərdi
Yanğın qurbanlarının sayı 15 nəfərə çatdı