Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Baş Prokurorluq: “Müsəlman Birliyi”nin 68 üzvü həbs edilib

 

Taleh Bağırzadə və "Müsəlman Birliyi” Hərəkatının digər üzvlərinin cinayət işi üzrə Bakıda və ətraf kəndlərdə 57, Gəncədə və digər rayonlarda 11 nəfər həbs olunub. Bu barədə baş prokuror Zakir Qaralov fevralın 5-də Baş Prokurorluqda 2015-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, keçirilmiş genişmiqyaslı xüsusi istintaq-əməliyyat tədbirləri nəticəsində həmin mütəşəkkil dəstənin üzvlərindən çoxlu sayda odlu silah, döyüş sursatı, radikal məzmunlu dini ədəbiyyat və sair əşyalar aşkar edilərək maddi sübut kimi götürülüb.

T.Bağırzadə noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Əməliyyat nəticəsində 6 nəfər, o cümlədən iki polis əməkdaşı həlak olub.

Bundan başqa "Günəşli” neft-qaz platformasında baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı, Binəqədi rayonu ərazisində yaşayış binasındakı yanğınla əlaqədar cinayət işləri davam edir.

Qəbələ rayonu ərazisində özünü radikal dini cərəyanın əmiri elan etmiş Nurəddin Xəlilovun rəhbərliyi ilə 17 nəfərdən ibarət silahlı bandanın çoxsaylı cinayət əməlləri ilə bağlı başlanmış cinayət işləri üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.

Keçmiş Milli Təhlükəsizlik Nazirliyi sistemində cinayətlərlə əlaqədar 22 nəfər məsuliyyətə cəlb eilib. Onlardan 20-i həbs olunub, biri axtarışdadır, birindən heç yana çıxmamaq barədə iltizam alınıb. İş üzrə 130 epizod araşdırılmaqla cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərərçəkən qismində tanınıb.

Manatın devalvasiyasından sonra süni qiymət artımı ilə əlaqədar 12 cinayət işi başlanıb.

.

www.contact.az

.

Maybe you are interested in:

Yanan platformada olan itkin düşmüş 30 neftcinin axtarışları davam edir

Nardaran hadisələri zamanı ölənlərin və həbs edilənlərin adları bəlli olub

DİN və Prokurorluq: Nardaranda sakinlər islam dövləti yaratmaq istəyirdilər

Nazirliyin Monitorinq Mərkəzinin rəisi və Antiterror Mərkəzinin rəis müavini xüsusi əməliyyatla saxlanılıb

Eldar Mahmudov: “Regiondakı bəzi dövlətlər Azərbaycanda radikallaşmaya rəvac verməyə çalışırlar”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz