Federal lәzgi
milli-mәdәni muxtariyyәti

DİN və Prokurorluq: Nardaranda sakinlər islam dövləti yaratmaq istəyirdilər

 

DİN və Baş Prokurorluq Nardaran qəsəbəsində (Bakıdan 30 km şərqdə) bugünki hadisələrlə bağlı bəyanat yayıb.

"Silahlı radikal islamçı qrup təxribatlar, terror aktları və kütləvi iğtişaşlar silsiləsi hazırlayırdı. Bu qrupu zərərsizləşdirmək məqsədilə DİN zəruri tədbirləri görüb”, deyə məlumatda bildirilir.

"Müəyyən olunub ki, Taleh Bağırov, Elman Ağayev, Zülfüqar Mikayılov və Əbülfəz Bünyatov ölkədə konstitusiya quruluşunun zorla dəyişdirilməsini və şəriət normalarının tətbiq edilməsini planlaşdırırlar. Bu məqsədlə onlar "Müsəlman birliyi” adlı hərəkat yaradıblar.

Onlar Bakıdan və ölkənin regionlarından özlərinə tərəfdarlar yığmağa və onları silah və partlayıcı maddələrlə təchiz etməyə başlayıblar”, deyə məlumatda qeyd edilir.

Qrup Nardaran qəsəbəsində qanunsuz toplantılar keçirir, hakimiyyətə itaətsizlik aksiyalarının təşkilini müzakirə edir və əhaliyə vərəqələr paylayırdı. Bundan başqa, barəsində terror aktı hazırlanan dövlət məmurlarının siyahısı müəyyən edilib”, deyə DİN və Prokurorluq iddia edir.

Sözügedən şəxslərin zərərsizləşdirilməsi məqsədilə noyabrın 26-da Nardaranda əməliyyat keçirilib. Bu əməliyyat zamanı avtomatlarla silahlı müqavimət göstərilib və qumbara atılıb. Açılan cavab atəşi nəticəsində polisə atəş açanlardan dörd nəfər öldürülüb və bir neçə nəfər yaralanıb. Eyni zamanda, iki polis həlak olub, deyə məlumatda bildirilir.

Taleh Bağırzadə də daxil olmaqla, 14 nəfər həbs edilib. Baş Prokurorluqda cinayət işi açılıb. Hərəkatın digər üzvlərinin saxlanması üzrə tədbirlər görülür, deyə məlumatda qeyd edilir. 

.

www.contact.az

.

Maybe you are interested in:

Azərbaycanda siyasi məhbusların sayı 107-ə çatıb

Baş Prokurorluq: “Müsəlman Birliyi”nin 68 üzvü həbs edilib

DİN və Prokurorluq etiraz aksiyalarının arxaslnda müxalifətin durduğunu iddia edir

Nardaranın problemlərini onu islam ekstremizminin nümunəsi kimi təsvir edərək həll etmək olmaz

Nardaran hadisələri zamanı ölənlərin və həbs edilənlərin adları bəlli olub

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz