Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Yanan platformada olan itkin düşmüş 30 neftcinin axtarışları davam edir

 

Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin "Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Sənəddə deyilir ki, dekabrın 4-də Azərbaycan Dövlət Neft Şirkətinin "Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə şiddətli yanğın baş verib. Ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan şəxslərin xilas edilməsi işlərinin aparılmasını çətinləşdirib. Buna baxmayaraq, görülmüş tədbirlər nəticəsində 32 nəfər xilas edilərək təxliyə olunub. İlkin məlumata görə, 1 nəfər həlak olub. Hazırda itkin düşənlərin axtarışı və xilas edilməsi tədbirləri davam etdirilir.

  Sənəddə neçə nəfərin itkin düşmüş hesab edildiyi açıqlanmır.

 Xilasetmə işlərinin sürətləndirilməsi, aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, baş vermiş qəzanın səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması məqsədi ilə  baş nazir Artur Rasizadənin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

  Dövlət Komissiyasına tapşırılıb ki, qəza nəticəsində zərər çəkmiş şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etsin.

  Hüquq-mühafizə orqanlarına tapşırılıb ki,  hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirsin.

  SOCAR, FHN və Baş Prokurorluğun birgə məlumatında 32 nəfərin xilas edildiyi, bir nəfərin cəsədinin çıxarıldığı qeyd olunur. Eyni zamanda SOCAR, Brtianiyanın BP şirkəti,  FHN və Dövlət Sərhəd Xidmətinin gəmiləri və FHN vertolyotları ilə birinci xilasedici qayıqdan dənizə düşmüş insanların axtarışı aparılır.

  Müşahidə zamanı özüldən təqribən 50 km. cənubda içərisi boş qayıq müəyyən edilib. Bununla bağlı Dövlət Dəniz Administrasiyası vasitəsilə yaxınlıqdakı gəmilər məlumatlandırılıb.

  Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.   

  Bu məlumatda da neçə nəfərin itkin düşdüyü açıqlanmır.

  Nə dövlət başçısının sərəncamında, nə də hüquq-mühafizə orqanlarının məlumatında yanan platformada neçə nəfərin olduğu qeyd edilmir.

  Qeyri-rəsmi məlumatlara görə, platformada olanların bir hissəsi iki xilasedici qayıqla təxliyə ediliblər.

  Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı 32 nəfərin həlak olduğunun ehtimal edildiyini bildirmişdi.

  Onun məlumatına görə, platformada 84 nəfər olub.

  Yerli KİV "Azneft” İB-yə isnadla bildirib ki, hadisə zamanı platformada 63 neftçi olub.

SOCAR-ın son məlumatına görə, 30 nəfər itkin düşmüş sayılır və onların axtarışı  davam edir. 

.

www.contact.az

.

Maybe you are interested in:

İtkin düşmüş neftçilərin ailələri etiraz edirlər

“Günəşli” platformasında qurbanların sayı daha az ola bilərdi

Neftçi ailələri axtarışların gedişindən narazıdır

İtkin düşən neftçilərin axtarışı nəticə verməyib

SOCAR-da yanğın: Birinci dəfə təsadüf, üçüncü dəfə...heç üst-üstə də düşmür

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz