Federal lәzgi
milli-mәdәni muxtariyyәti

“Günəşli” platformasında qurbanların sayı daha az ola bilərdi

 

"Günəşli” yatağında əməyi mühafizə normaları dəqiq yerinə yetirilsəydi və neftçilərin evakuasiyası düzgün təşkil olunsaydı qəza və yanğın zamanı çoxsaylı qurban olmazdı.  Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi tərəfindən yaradılan  qəzanın və yanğının səbəblərinin araşdırılması üzrə işçi qrupunun gəldiyi nəticə belədir.

Qurumun rəhbəri Mirvari Qəhrəmanlı bildirib ki, sinoptiklər 10 bal gücündə qasırğa barədə məlumat  verdikdən sonra əməyin mühafizəsi qaydalarına görə, neftçilərin böyük hsssi platformadan evakuasiya edilməliydi.

"Platformada bir neçə nəfər qalmalıydı”, - o qeyd edib.

Əgər platformada neftçilər qalmışdısa qəzadan və yanğından sonra onların yaşayış blokunda toplaşması üçün göstəriş verilməliydi.

Yaşayış blokları hər zaman yanğın və zəlzələyə davamlı kimi göstərilib. "Günəşli” platformasında yaşayış blokuna ziyan dəyməyib və ertəsi gün vertolyot məhz blokun damına enib. Odur ki, hava normallaşana qədər neftçiləri orada saxlamaq olardı.

M.Qəhrəmanlı platformadakı hadisələr barədə rəsmi məlumatları tənqid edib.

"İndiyədək xilas edilənlər, həlak olanlar və itkin düşənlər barədə sistemləşdirilmiş məlumat yoxdur”, - o vurğulayıb.

KİV-in məlumatlarına görə, 32 nəfər xilas edilib, 13 nəfər həlak olub, 18 nəfər itkin düşüb (yanvarın 29-da Türkmənistan sahillərində tapılmış cəsədi nəzərə alınmaqla).

M.Qəhrəmanlı axtarış işləri barədə informasiyanın olmadığını qeyd edib. Həmçinin "Neft Daşları” yatağında platformadan dənizə düşən üç neftçi də itkin düşmüş sayılır.

M.Qəhrəmanlı insan itkisinə görə məsuliyyəti adamları vaxtında evakuasiya etməyən SOCAR-ın bölmə rəhbərliyinin, SOCAR-ın birinci vitse- prezidenti Xoşbəxt Yusifzadə də daxil olmaqla, əməyin təhlükəsizliyinə görə cavabdeh olan vəzifəli şəxslərin  üzərinə qoyub.

"Məsuliyyətsiz şəxsləri vəzifədə saxladığına görə Rövnəq Abdullayev məsuliyyət daşıyır”, - M.Qəhrəmanlı vurğulayıb.

Səhiyyə Nazirliyi xilas edilənlərə və itkin düşənlərin ailə üzvlərinə psixoloji yardım göstərməyib.

M.Qəhrəmanlı neft dağılmasından sonra Xəzərdə ekologiyaya ziyan dəyməməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bəyanatını şübhə altına alıb.

"Platformada yanğın indiyədək davam edir”, - o bildirib.

Ötən ilin yekunlarından danışan M.Qəhrəmanlı qeyd edib ki, insan hüquqları baxımından neftçilər üçün əsas problemlər ixtisarlar və işdən çıxarılmalar olub. "Qarasu” əməliyyat şirkətində bu problem daha kəskindir.

Neftçilərin Hüquqlarını Müdafiəsi təşkilatı imkan daxilində neftçilərə onların sosial və əmək hüquqlarının qorunması sahəsində hüquqi yardım göstərir. Ötən il təşkilat 64 məhkəmə prosesində neftçilərə yardım edib və 21 işi qazanıb. Başqa işlər üzrə proseslər davam edir.

.

www.contact.az

.

Maybe you are interested in:

İtkin düşmüş neftçilərin ailələri etiraz edirlər

Neftçi ailələri axtarışların gedişindən narazıdır

İtkin düşən neftçilərin axtarışı nəticə verməyib

SOCAR-da yanğın: Birinci dəfə təsadüf, üçüncü dəfə...heç üst-üstə də düşmür

Yanan platformada olan itkin düşmüş 30 neftcinin axtarışları davam edir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz