Federal lәzgi
milli-mәdәni muxtariyyәti

İtkin düşmüş neftçilərin ailələri etiraz edirlər

 

2015-ci il dekabrın 4-də  "Günəşli” dəniz platformasında baş vermiş faciə zamanı itkin düşən neftçilərin 25-ə qədər ailə üzvü və yaxınları Prezident Administrasiyasının önündə etitraz aksiyası keçiriblər. Onlar aparılan axtarışların nəticəsiz qalmasından narahatdırlar. "Bizi Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev qəbul etmir, sorğularımıza cavab ala bilmirik, ona görə də ümidiniz dövlət başçısı İlham Əliyevə və xanımı Mehriban Əliyevaya qalıb”, - ailələrdən birinin nümayəndəsi Esmira Əhmədova bildirib.

Saat 14:00-a yaxın etirazçılar Prezident Administrasiyasının cavabını gözləmədən Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın ofisinə gediblər.

  2015-ci il dekabrın 4-də "Günəşli yatağındakı yanğın zamanı 64 nəfərdən 34 nəfər xilas edilib, 7 cəsəd dərhal tapılıb, sonra daha 6 cəsəd axtarış nəticəsində tapılıb. 17 nəfər hələ də itkin düşmüş sayılır və cəsədləri tapılmayıb.

.

www.contact.az

.

Maybe you are interested in:

“Günəşli” platformasında qurbanların sayı daha az ola bilərdi

Neftçi ailələri axtarışların gedişindən narazıdır

İtkin düşən neftçilərin axtarışı nəticə verməyib

SOCAR-da yanğın: Birinci dəfə təsadüf, üçüncü dəfə...heç üst-üstə də düşmür

Yanan platformada olan itkin düşmüş 30 neftcinin axtarışları davam edir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz