Neftçi ailələri axtarışların gedişindən narazıdır
2015-ci il dekabrın 4-də "Günəşli” yatağı 10 saylı platformada itkin düşən 15-ə qədər nefçinin ailə üzvləri bu gün Dövlət Neft Şirkətinin vitse-prezdenti Xaliq Məmmədovla görüşüblər.
Neftçi ailələri axtarışların zəif getməsinə, indiyə kimi xeyi neftçinin cəsədinin tapılmamasına narazılıqlarını ifadə ediblər. Xaliq Məmmədov isə axtarışları Neft Şirkətinin yox, Fövqəladə Hallar Nazirliyinin apardığını söyləyib.
"Biz əlimizdən gələni edirik, meyitlərin tapılması isə artıq Allaha qalıb”, - X. Məmmədov itkin düşən neftçilərin ailə üzvlərinə bildirib.
2015-ci il dekbarın 4-də "Günəşli” yatağı 10 saylı platformada yanğın baş verib. 34 nəfər neftçini xilas etmək mümkün olub. 31 nəfər itkin düşüb,
18 nəfərin cəsədi hələ də axtarılır. Axtarışı Fövqəladə Hallar Nazirliyi aparır.
2016 Yanvar 18 (Bazar ertəsi) 11:56:56
2015-ci il dekabrın 4-də "Günəşli” yatağındakı 10 saylı platformada itkin düşən 15-ə qədər neftçinin ailəsi hazırda Dövlət Neft Şirkətinin (ADNŞ) binası önünə toplaşıb. Ailələr 2015-ci il dekabrın 4-də itkin düşən neftçilərin meyitlərinin tapılmasını tələb edirlər. İtkin düşənlərin ailə üzvləri Şirkətin rəhbərliyi ilə görüşdədir.
2015-ci il dekabrın 4-də "Günəşli” yatağında baş verən yanğın zamanı 34 nəfər xilas edilib. 31 nəfər itkin düşüb. İtkin düşən 31 nəfərdən 13 nəfərin meyiti tapılıb. 18 nəfərin cəsədi isə hələ də axtarılır.(azadlıq)
.
Maybe you are interested in:
İtkin düşmüş neftçilərin ailələri etiraz edirlər
“Günəşli” platformasında qurbanların sayı daha az ola bilərdi