Federal lәzgi
milli-mәdәni muxtariyyәti

SOCAR-da yanğın: Birinci dəfə təsadüf, üçüncü dəfə...heç üst-üstə də düşmür

 

Bir sutkadan sonra prezident İlham Əliyev "Günəşli” dəniz yatağında stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar baş nazir Artur Rasizadənin rəhbərliyilə  Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Dövlət Komissiyasına  hökumətin və digər dövlət qurumlarının 13 üzvü daxil olub.

Dövlət Neft Şirkətinin 10 saylı platformasında insanların ölümü ilə nəticələnən yanğın dekabrın 4-də saat 17:45-də baş verib.  Rəsmi məlumata görə, həmin gün küləyin gücü 38-40 m/san.-yə çatıb, dalğanın hündürlüyü 9-10 metr olub. Bu, o deməkdir ki, beynəlxalq Bofart şkalasına görə, Xəzərdə küləyin gücü 144 km/saat olub, ən yüksək doqquzballıq şkala üzrə qasırğa küləyi olub.

İnsidentin müxtəlif aspektləri  ilə operativ tanışlıq texnoloji, istehsalat, idarəçilik xarakterli problemlərin, həmçinin dəniz neft hasilatının  təhlükəsizliyi sahəsində faciəyə yol aça biləcək problemlərin olduğunu göstərir.

Bu, son üç ildə Azərbaycanda dəniz platformalarında baş vermiş üçüncü qəzadır. 1985-ci ildə "Bahar” yatağında qaz quyusunda yanğın baş verdikdən bu yana qəza olmamışdı.

Müstəqil Azərbaycanın tarixində ilk qəza SOCAR-ın "Bulla-dəniz” adlı platformasında baş verib. 2013-cü il avqustun 17-də kəşfiyyat qazması zamanı 90 saylı quyuda yanğın baş verib. Bakının 80 km.-də açıq dənizdə yanğının söndürülməsi üçün üç ay vaxt, xarici şirkətlərin yardımı, həmçinin FHN və Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi gəmiləri lazım olub. Xoşbəxtlikdən insident zamanı həlak olan olmayıb.

İkinci qəza 2014-cü il oktyabrın 23-də Bakının 40 km. cənubunda N.Nərimanov dına NQÇİ-nin sahəsində baş verib. 441 saylı platforma uçub və    yanğın baş verib. Hadisə zamanı SOCAR-ın platformasında 41 neftçi olub. FHN əməkdaşları hadisə yerindən 37 nəfəri təxliyə ediblər. Dənizdə batan dörd neftçidən üçünün  cəsədini çıxarmaq mümkün olub.

Dünya ölçüləri üzrə SOCAR kimi kiçik bir şirkət üçün bir-birinin ardınca üç qəzanın baş verməsi şirkətin bütün həlqələrinin qeyri-peşəkarlıqla idarə olunmasından xəbər verir,  kadr potensialına, ümumilikdə idarəçilik  sisteminə yenidən baxılmasını zəruri edir. Necə deyərlər, birinci dəfə təsadüf, ikinci dəfə üst-üstə düşmə, üçüncü dəfə qanunauyğunluq olur.  

İntensiv və ekstensiv hasilat.  Dəniz platformalarında qazma və hasilat çox mürəkkəb texnoloji prosesdir. Bu, personalın, avadanlığın işinə böyük diqqət tələb edir. Və istənilən ehtiyatsızlıq qəza ilə nəticələnə bilər. Belə mənzərə yaranır ki, bu üç qəza "Əsrin müqaviləsi” çərçivəsində dəniz yataqlarında neft hasilatı  azalmaya başlayandan sonra, yəni 2012-ci ildən baş  verir. Platformalar müntəzəm olaraq əsaslı təmir olunmalı, beynəlxalq konsorsiumun tabeliyində olan platformalar profilaktika məqsədilə müəyyən zaman kəsiyində işi dayandırmalıdır.

Elə hallar olub ki, neftin hasilat səviyyəsinin saxlanması üçün əsaslı təmirin təxirə  salınması bar< 

  Birinci dəfə təsadüf, ikinci dəfə üst-üstə düşmə, üçüncü dəfə qanunauyğunluq olur.
1;də konsorsiumun operatoru BP şirkətinə yüksək səviyyədə müraciətlər edilib. Məlum deyil ki, SOCAR  tərəfindən planlı işlərin keçirilməsi qaydalarına əməl olunubmu? 

 

Təhlükəsizlik. Ertəsi gün, dekabrın 5-də yanan platformadakı vəziyyəti əks etdirən  videokadrlarda görünür ki, platformanın istehsalat sahəsi alova bürünüb, həyat təminatlı qurğulara keçməyib. Alovun keçmədiyi hissədə iki onyerlik xilasedici sal olub ki, onlar da cəlb edilməyib. Lakin hələlik məlum olmayan səbəblərdən daha bir sal dənizə düşüb və platformanın özülündə bağlı qalıb.

Rəsmi mənbələr bildirirlər ki, dənizdə xilas edilən salların birində 26 nəfər olub. İkinci sal platformadan 50 km aralıda boş vəziyyətdə tapılıb. Onun vəziyyəti barədə açıqlama verilmir. Ola bilsin ki, bu, istifadəsi mümkün  olmayan sallardan biri olub. Belə çıxır ki, ən azı 4 saldan istifadə edilməyib. Xilas olunanların məlumatına görə, salın biri çox yükləndiyindən parçalanıb və adamlar suya düşüblər.  Müxtəlif məlumatlara görə, platformada 60-80 neftçi olub. Rəsmi  məlumatlarda personalın sayı barədə açıqlama verilmir, lakin 32 nəfərin xilas edildiyi bildirilir. Deməli, ən azı 30 nəfər həlak olub. Personalın yalnız iki saldan istifadə etməsi və doqquzballıq dənizdə nisbətən təhlükəsiz platformaya üstünlük verməsi faktı göstərir ki, platformada çaxnaşma yaranıb, idarəetmə itirilib, adamlar təlimata uyğun hərəkət etməyiblər. Bu, belə düşünməyə əsas verir ki, personala fövqəladə hallarda davranış qaydalarının öyrədilməsi aşağı səviyyədə aparılıb. Platforma ilə baş şirkət arasında əlaqənin olub-olmaması, mərkəzin hansı tədbirləri görməsi və vəziyyəti necə idarə etməsi məlum deyil. Güman etmək olar ki, lazımi səviyyədə olmayıb.

İnformasiya yardımı. Qəza ilə bağlı  hərəkətlərin informasiya təminatı və idarə edilməsi göstərdi ki, hakimiyyətin bütün qolları fövqəladə vəziyyətlərə hazır deyil. Bütün neftçilərin xilas edilməsi, vəziyyətin nəzarətdə olması barədə ilkin yalnış məlumatlar, sonra isə itkin düşənlərin axtarışı barədə müəmmalı məlumatlar, nəhayət, itkin düşənlər haqda bilginin olmaması vəziyyətin idarə edilməsinin azdırılmasının göstəricisidir. Hazırda faciənin maksimum kiçildilməsi və kamuflyaj edilməsi xətti götürülüb. Yəni, söhbət hakimiyyətin reputasiyasının xilas edilməsindən gedir, problemin etiraf  edilərək həll olunmasından yox.

Hakimiyyətin davranışı bu il mayın 19-da baş vermiş hadisədə olduğu kimi təkrarlanır. Belə ki, Bakının "Azadlıq” prospektində yerləşən 16 mərtəbəli binada baş vermiş yanğın zamanı hakimiyyətin günahı ucbatından 16 nəfər həlak olub. Onların arasında beş uşaq olub. Indiki kimi texnologiya, təhlükəsizlik normaları və məlumatlandırma prinsipləri kimi problemlərin olması ortaya çıxmışdır.

Ölkə səviyyəsində platformada baş vermiş qəzaya və 16 mərtəbəli binada baş vermiş yanğına üst-üstə düşmüş hadisələr kimi baxmaq olar. Lakin indiki idarəçilik baxış və yanaşmalar sisteminin qaldığı şəraitdə ölkənin faciəvi qanunauyğunluq zolağına çıxmasına zəmin olduğu görünür.

Turan analitik xidməti

.

www.contact.az

.

Maybe you are interested in:

&#304;tkin d&#252;&#351;m&#252;&#351; neft&#231;il&#601;rin ail&#601;l&#601;ri etiraz edirl&#601;r

Neft&#231;i ail&#601;l&#601;ri axtar&#305;&#351;lar&#305;n gedi&#351;ind&#601;n naraz&#305;d&#305;r

&#304;tkin d&#252;&#351;&#601;n neft&#231;il&#601;rin axtar&#305;&#351;&#305; n&#601;tic&#601; verm&#601;yib

Yanan platformada olan itkin d&#252;&#351;m&#252;&#351; 30 neftcinin axtar&#305;&#351;lar&#305; davam edir

&#399;li H&#601;s&#601;nov Az&#601;rbaycan prezidentinin k&#246;m&#601;k&#231;isi oldu

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz