Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Əli Həsənov Azərbaycan prezidentinin köməkçisi oldu

 

Prezident İlham Əliyev Əli Həsənovun dövlət başçısının ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilməsi haqqında sərəncam imzalayıb. Xəbəri bu gün axşam saatlarında dövlət başçısının saytı yayıb.

Əli Həsənov 10 ildən çoxdur ki, Prezident Administrasiyasının ictimai-siyais məsələlər şöbəsinin müdiri vəzifəsində işləyir. Hələlik onun bu vəzifədə də qalıb-qalmayacağı və dövlət başçısının köməkçisi kimi səlahiyyətlərinə nə daxil olduğu aydın deyil.

Hazırda İlham Əliyevin hərbi məsələlər üzrə köməkçisi (Vahid Əliyev), iqtisadi məsələlər üzrə dövlət müşaviri (Vahid Axundov), iqtisadi məsələlər üzrə köməkçisi (Əli Əsədov) və millətlərarası, din və mədəniyyət məsələləri üzrə dövlət müşaviri (Kamal Abdullayev) var.

Qeyri-rəsmi məlumatlara görə, Əli Həsənov səhhəti ilə əlaqədar bu yaxınlarda vəzifəsindən gedəcək 76 yaşlı Ramiz Mehdiyevin yerinə Prezident Administrasiyasının rəhvəri vəzifəsini hədəfləyir.

Bəzi məlumatlara görə, yaxın gələcəkdə 79 yaşlı baş nazir Artur Rasizadə də vəzifədən gedəcək. Onun yerinə bir neçə namizəd var, onlardan biri hazırki mədəniyyət naziri Əbülfəz Qarayevdir. 

.

contact.az

.

Maybe you are interested in:

Devid Kramer: “Prezident İlham Əliyevlə yüksək səviyyədə görüşlər olmamalıdır”

Prezident İlham Əliyev: “Ermənistan Azərbaycanı təxribata çəkir”

A.Rəhimov: Avropa Oyunları 1 mlrd. manata başa gəlib

İlham Əliyev AŞPA məruzəçisini qəbul edib

Əli Həsənov Azadlıq radiosunu təxribatda ittiham edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz