Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Prezident İlham Əliyev: “Ermənistan Azərbaycanı təxribata çəkir”

 

Prezident İlham Əliyev sentyabrın 30-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi qəbul edib. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.

H. Salber səfərinin Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin hazırkı mərhələsində bəzi məsələlərin,  eləcə də regiondakı münaqişənin müzakirəsi üçün yaxşı imkan yaradacağını bildirib.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycana son səfərindən ötən dövr ərzində regionda,  eləcə də dünyada bir çox hadisələrin baş verdiyini qeyd edən president Əliyev bu məsələlərlə bağlı fikir mübadiləsi aparılmasının vacibliyini vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan İ.Əliyev bildirib ki, münaqişənin həlli regional sabitlik üçün ən əhəmiyyətli amillərdən biridir.

Dövlət başçısı deyib ki, Ermənistan tərəfinin məqsədi danışıqlar prosesini uzatmaq və mövcud status-kvonu saxlamaqdan ibarətdir. Prezident Əliyev status-kvonun uzun müddət davam etməsinin qəbuledilməz olduğunu və bu məsələnin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentləri tərəfindən də dəfələrlə bəyan edildiyini vurğulayıb.

Təmas xəttində baş verən hadisələrə toxunan Azərbaycan prezidenti Ermənistan tərəfinin Azərbaycanı təxribata çəkdiyini vurğulayıb. Belə halların Ermənistan tərəfinin taktikası olduğunu qeyd edən dövlət başçısı beynəlxalq vasitəçilərin də bu məsələyə tam ciddiliyi ilə yanaşmadıqlarını deyib.

Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan İ.Əliyev Avropa İttifaqının bəzi dairələrinin Azərbaycanla bağlı qərəzli mövqeyinin yolverilməz olduğunu bildirib.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

.

www.contact.az

.

Maybe you are interested in:

Aprelin sonlarında Fransa prezidenti Ermənistan və Azərbaycana səfər edəcək

İlham Əliyev AŞPA məruzəçisini qəbul edib

İlham Əliyev AŞPA həmməruzəçilərini və Britaniyanın elçisini qəbul edib

İlham Əliyev Aİ-nin insan hüquqları üzrə xüsusi nümayəndəsini qəbul edib

Avropa İttifaqının Cənubi Qafqazda münaqişələr üzrə xüsusi nümayəndəsi Bakıya gəlir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz