Aprelin sonlarında Fransa prezidenti Ermənistan və Azərbaycana səfər edəcək
Fransa prezidenti Fransua Olland aprelin sonlarında Cənubi Qafqaza səfər edəcək. Səfər zamanı o, Azərbaycan və Ermənistan prezidentləri ilə Dağlıq Qarabağ nizamlanmasına dair danışıqlar aparacaq. Bu barədə Fransanın Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir bildirib.
"Paris Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və bu regionda öz müqəddəratını təyinetmə hüququnun müdafiəsi üçün səylərini göstərəcək”, - "Novosti-Armeniya” A.Dezirdən sitat gətirib. Diplomat qeyd edib ki, hazırki status-kvo Azərbaycanın və Ermənistanın maraqlarına cavab vermir.
"Odur ki, respublika prezidenti diplomatik təşəbbüslərin bərpasına yardım göstərmək niyyətilə 2014-cü il oktyabrın 27-də Ermənistan və Azərbaycan prezidentlərinin (Serj Sarkisyan və İlham Əliyev) sammitini çağırıb. Görüş zamanı ilk humanitar addım – itkin düşənlər haqda informasiya mübadiəsinə dair razılaşma əldə olunub”, - A.Dezir xatırladıb.
"Son ayların gərginliyi bu prinsiplərin həyata keçirilməsinin vacibliyini göstərir. Fransa bu istiqamətdə səylərini fəal şəkildə davam etdirir”, - o vurğulayıb.
Ötən payız F.Olland Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmişdi. Ötən ilin mayında isə Azərbaycana rəsmi səfər edib.
.
Maybe you are interested in:
İlham Əliyev ATƏT MQ-nin həmsədrlərini məzəmmət edib