Vasitəçilərin ünvanına ittihamlr Bakı və Yerevanın siyasi iradəsinin olmadığını göstərir – ATƏT MQ
"Biz, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri – Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri, Fransanın Avropa işləri üzrə dövlət katibi Qarlem Dezir – Qarabağ münaqişəsinin dinc yolla həllində vasitəçiliyə sadiqik”, deyə ATƏT MQ nümayəndə heyətlərinin rəhbərlərinin Belqradda verdiyi birgə bəyanatda deyilir.
"Biz Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın Minsk Qrupunun himayəsi altında keçiriləcək görüşünü alqışlayırıq. Bu yaxınlarda gərginliyin artması fonunda biz tərəflərə müraciət edərək, münaqişənin dinc yolla həllinə sadiq olduğumuzu təsdiq edirik.
Tərəflər 2014-cü ildə Soçi, Uels və Paris sammitlərində başlanmış hərtərəfli tənzimmləmə elementləri ilə bağlı müzakirələri davam etdirməli, habelə 2016-cı ildə müzakirələrin hazırki mərhələsində olan təkliflər əsasında dialoqu fəallaşdırmalıdırlar”, deyə bəyanatda bildirilir.
"Təmas xətti boyunca və Ermənistan-Azərbaycan sərhədində gərginliyin yüksək olduğunu nəzərə alaraq, bu il status-kvo səbatsız oldu.
Xüsusən, minaatanlardan və digər ağır silahlardan istifadəni pisləyirik və mülki əhali arasında qurbanlar olmasına təəssüf edirik.
Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur və dinc sakinlərin ölümü üçün heç bir əsas yoxdur. Biz gərginliyi azaltmaq və həyatları qorumaq üçün ən kəskin ifadələrlə tərəflərə müraciət edirik. Həmsədrlər artıq riskin azaldılması üzrə tədbirlər təklif ediblər və biz tərəfləri ATƏT-in araşdırmalar mexanizmi də daxil olmaqla, onları qəbul etməyə çağırırıq”, deyə sənəddə qeyd edilib.
"Biz tərəflərin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) himayəsi altında itkin düşmüşlər haqqında məlumat mübadiləsi həyata keçirilməsində əldə etdikləri irəliləyişi alqışlayırıq”.
"Azərbaycan hakimiyyətinin təmas xəttini keçmiş erməni əsgəri və mülki erməni şəxsi qaytarmaq hakimiyyəti faydalı, humanist jest idi.
Biz tərəfləri 2010-cu ilin oktyabrında Ermənistan, Azərbaycan və Rusiya Federasiyası prezidentlərinin qəbul etdiyi Həştərxan bəyannaməsinə uyğun olaraq, bütün qalan məhbusları qaytarmağa çağırırıq.
"Həmçinin qonşu xalqlar arasında etimad yaratmaq üçün ermənilər və azərbaycanlılar arasında dialoq olmalıdır. Biz tərəfləri münaqişədən ziyan çəkən insanları birləşdirən proqramları dəstəkləmək üçün həmsədrlərlə işləməyə çağırırıq”.
"Ötən il ərzində biz həmsədrlərə və Minsk Qrupunun formatına hücumların şahidi olduq. Qeyd edirik ki, Minsk Qrupu yeganə məqbul fomatdır və ATƏT iştirakçısı olan bütün dövlətlərin tam etimadına malikdir.
Həmsədrləri danışıqlar prosesinin uğursuzluğunda ittiham etmək cəhdləri yalnız sülh yolundakı əsas maneəni – Ermənistan və Azərbaycanda danışıqlar yolu ilə tənzimləmə əldə etmək üçün siyasi iradə olmamasını ört-basdır edir”, deyə bəyanatda qeyd edilir.
.
Maybe you are interested in:
Sülhə məcbur edilənlər
İlham Əliyev ATƏT Minsk Qrupunun həmsədrlərini qəbul edib
ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı