Federal lәzgi
milli-mәdәni muxtariyyәti

ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanı və Azərbaycanı təmkinli olmağa çağırıblar

 

ATƏT MQ-nin üzvü olan ölkələr Bazeldə XİN Şurası çərçivəsində Qaraba münaqişəsinin tənzimlənməsi ilə bağlı birgə bəyanatla çıxış ediblər.

RF XİN rəhbəri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri və Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir birgə bəyanatda tərəfləri Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə, zorakılıqdan uzaq olmağa və uzunmüddətli həll üçün fəal səylərə çağırıb.

"Biz təmas xəttində və Ermənistan-Azərbaycan sərhədi boyunca gərginliyin artmasına təəssüf edirik. İyul və aqust aylarında hərbi əməliyyatlar itki ilə nəticələndi və tərəflər arasında inamsızlığı  dərinləşdirdi. Atəşkəs rejiminin möhkəmləndirilməsi və sülh danışıqlarının inkişaf etdirilməsi üçün daha əlverişli atmosfer yaratmaq üçün əlavə tədbirlər görülməlidir”, deyə bəyanatda qeyd olunub.

Həmçinin noyabrın 12-də hərbi helikopterin vurulması kimi hadisələrin gələcəkdə təkrarlanmasının qarşısının alınması üzrə tədbirlər görülməsinin əhəmiyyəti vurğulanıb.

"Biz bütün tərəflərə gərginliyin qarşısını almaq üçün təmkinlilik nümayiş etdirmək çağırışı ilə müraciət edirik”, deyə bəyanatda qeyd edilir. Bəyanat müəllifləri Həştərxanda 2010-cu il oktyabr görüşü ruhunda hərəkət etməyə çağırırlar.

"Həmsədr ölkələrin himayəsi altında mümkün qədər tez sülh sazişi üzrə danışıqlara başlamaq lazımdır. Biz münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün hərtərəfli sıx əməkdaşlığa hazırıq”, deyə bəyanatda bildirilir. 

.

contact.az

.

Maybe you are interested in:

BMT baş katibi Azərbaycan və Ermənistan prezidentlərini zorakılıqdan çəkinməyə çağırıb

Vaşinqton Bakı və Yerevanı təmkinliyə çağırıb

Vasitəçilərin ünvanına ittihamlr Bakı və Yerevanın siyasi iradəsinin olmadığını göstərir – ATƏT MQ

Sergey Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Qarabağda vəziyyəti müzakirə edib

Uorlik gərginliyin artmasından narahatdır

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz