Federal lәzgi
milli-mәdәni muxtariyyәti

BMT baş katibi Azərbaycan və Ermənistan prezidentlərini zorakılıqdan çəkinməyə çağırıb

 

BMT baş katibi Pan Gi Mun Azərbaycan və Ermənistan prezidentlərini Qarabağ münaqişəsi zonasında gərginliyin artmasının qarşısını almağa çağırıb.

BMT-nin saytında  yerləşdirilən məlumatda deyilir ki, baş katib ümid edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlardakı Bern görüşü onlara dinc proses çərçivəsində irəliləməyin yolları barədə razılığa gəlmək imkanı verəcək.

Pan Gi Munun sözlərinə görə, prezidentlər praktik addımları müzakirə edə bilərdilər ki, bu addımlar atəşkəs rejiminin pozulmasının miqyasını kiçildə və mülki əhali arasında qurbanlartın sayını azalda bilər.

Baş katib dekabrın 19-da İsveçrədə sammit təşkil etmiş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini alqışlayıb.

"Pan Gi Mun qeyd edib ki, hər iki prezident həmsədrlərin əhaliyə olan təhlükənin azaldılması ilə bağlı tədbirlərə dair səylərini dəstəklədiyini bildirib. O, tərəfləri mövcud gərginliyin səngiməsi, yeni zorakılığa yol aça biləcək hər hansı hərəkətə yol verilməməsi üçün Minsk Qrupu ilə sıx əməkdaşlığa çağırıb”, - məlumatda deyilir.

.

www.contact.az

.

Maybe you are interested in:

ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü planlaşdırmır

Minsk Qrupu Berndəki görüş haqqında

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Berndə keçiriləcək

Nalbandyan: Ermənistan və Azərbaycan prezidentlərinin görüşü dekabrda keçiriləcək

ATƏT-in baş katibi Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü gözləyir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz