Minsk Qrupu Berndəki görüş haqqında
ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycan prezidentlərinin Bern görüşünün yekunları ilə bağlı bəyanat yayıb.
"Təkbətək görüşdə prezidentlər öz gələcək mövqelərini müəyyən edə biliblər. Onlar təmas xəttində vəziyyətin gərginləşməsini müzakirə ediblər, dinc əhali arasında itkilər və ağır silahlardan istifadə ilə bağlı narahatlıqlarını bildiriblər.
Prezidentlər həmsədrlərin təmas xəttində riskin azaldılması və araşdırma mexanizminin yaradılması üzrə tədbirlər işlənib hazırlanması üzrə hazırki işini dəstəkləyiblər.
Prezidentlər münaqişənin danışıqlar yolu ilə tənzimlənməsi məqsədilə təkliflər üzərində işi davam etdirməyə hazır olduqlarını təsdiq ediblər”, deyə bəyanatda bildirilir.
.
Maybe you are interested in:
Sülhə məcbur edilənlər
ATƏT MQ-nin həmsədrləri regiona səfərin yekunları haqqında
ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı