ATƏT MQ-nin həmsədrləri regiona səfərin yekunları haqqında
ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərlərinin və Ermənistan və Azərbaycan prezidentləri ilə görüşlərinin yekunlarına dair press-reliz yayıblar.
"Yerevana və Bakıya səfər zamanı yüksək səviyyədə görüşlər və danışıqlar keçirilib, hər bir prezidentlə Dağlıq Qarabağ münaqişəsinin yekun həlli üçün danışıqların irəli çəkilməsi üzrə son təkliflər müzakirə olunub.
Prezidentlərin bu ilin sonuna qədər görüş keçirməyə hazır olmasını alqışlayırıq, onlar öz xarici işlər nazirlərinə görüşün gündəliyinin hazırlanması üçün Minsk Qrupunun həmsədrləri ilə işi davam etdirmək göstərişi veriblər.
Biz həmçinin cəbhə xəttində son aylar hər iki ölkədə böyük beynəlxalq hadisələrlə eyni vaxta təsadüf edən nisbi sakitliyi alqışlayırıq.
Lakin biz hazırda gərginliyin artmasından narahatıq və prezidentləri zorakılığın çoxalmasından uzaq durmağa, habelə atəşkəs rejiminin qorunub saxlanması üçün bütün tədbirləri görməyə çağırırıq.
Prezidentlər Qırmızı Xaç Komitəsinin himayəsi altında itkin düşmüş şəxslər üzrə məlumat mübadiləsinə hazır olduqlarını təkrar ediblər”, deyə press-relizdə bildirilir.
.
Maybe you are interested in:
Sülhə məcbur edilənlər
ATƏT-in Minsk Qrupunun həmsədrləri: “Biz hakim və ya vəkil deyilik”
C.Uorlik: Azərbaycan və Ermənistan prezidentləri sülhə sadiqdir
ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı