ATƏT-in Minsk Qrupunun həmsədrləri: “Biz hakim və ya vəkil deyilik”
Cümə axşamı ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yayıblar. Bəyanatda deyilir: "AŞPA-da hazırda müzakirə olunan qətnamə layihəsi və məruzə ilə bağlı bu qurumun Qarabağ münaqişəsinin nizamlanmasına olan diqqətini nəzərə alırıq. Biz insanların, o cümlədən mülki şəxslərin ölməsindən dərin təəssüf hissi keçiririk. Razılaşırıq ki, münaqişə xeyli müddətdir uzanır. Tərəflər dinc nizamlanmanı sürətləndirmək üçün zəruri tədbirlər görməlidirlər.
Biz əminik ki, nizamlanmaya nail olunmasına dair tədbirlər Fransa, RF və ABŞ prezidentlərinin birgə bəyanatında qeyd edildiyi kimi tərəflərin qarşılıqlı razılığı əsasında olmalıdır.
ATƏT-in mandatına uyğun olaraq bizim vəzifəmiz dinc nizamlanmaya, əsasən hərtərəfli nizamlanma üçün danışıqların asanlaşdırılmasına yardım göstərməkdir.
Biz konkret mövqelər üzrə hakim və ya vəkil deyilik.
Münaqişənin nizamlanması ilə bağlı yeni danışıqlar formatının və işçi qrupların yaradılmasına dair təkliflər səslənir. Hesab edirik ki, Minsk Qrupu çərçivəsində unikal vasitəçilik təcrübəsi var. Tərəflər Minsk Qrupunu qəbul edir və ATƏT iştirakçısı olan dövlətlər tam etimad göstərir.
Danışıqların həssaslığını nəzərə alaraq, formatın dəyişdirilməsi və ya paralel mexanizmlərin yaradılması cəhdləri danışıqlar prosesini poza və nizamlanmaya əngəl törədə bilər.
Eyni zamanda biz münaqişənin ədalətli və davamlı nizamlanmasında maraqlı olan bütün beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırıq”.
.
Maybe you are interested in:
Minsk Qrupu Berndəki görüş haqqında