Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Ceyms Uorlik: “İşğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”

 

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Turan və  "Amerikanın səsi”nə müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı aparılan danışıqlarda mövcud durum, Minsk Qrupu həmsədrlərinin mövqeyi, onların AŞPA-da Dağlıq Qarabağla bağlı müzakirələrə münasibətindən danışıb.

Sual: Azərbaycan hökuməti ATƏT-in Minsk Qrupu həmsədrlərinin Avropa Şurası Parlsment Assambleyasına Dağlıq Qarabağla bağlı qətnamə barədə çağırış etməsini kəskin tənqid edib. Həmsədrlərin belə çağırış etməsi hansı zərurətdən irəli gəlib? Buna münasibətiniz necədir?

Cavab: Biz regional və beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsinin müzakirələrinə etiraz etmirik. Biz Azərbaycan və Ermənistanın bu məsələni istədikləri kimi qaldırmaq hüquqlarını dəstəkləyirik. Həmsədrlər vurğulayırlar ki, Minsk Qrupunun qəbul etdiyi danışıqlar formatı olaraq qalır. Biz ümid edirik ki, bu münaqişəni danışıqlar yolu ilə həll etmək üçün Ermənistan və Azərbaycan öz öhdəliklərinə sadiq qalaraq Minsk Qrupu ilə sıx əməkdaşlıq edəcəklər.

Sual: Azərbaycan Minsk Qrupunun həmsədrləri ilə görüş planlaşdırmadığını bildirib. Amerkalı həmsədr və ya həmsədrlər Azərbaycan rəsmiləri ilə növbəti görüşlə bağlı danışıqlar aparırmı? Azərbaycan rəsmiləri ilə növbəti görüş nə vaxt ola bilər? 

Cavab: Vasitəçilər kimi, biz sülhə doğru yeganə yolun danışıqlar masası arxasında olduğuna inanırıq. Biz münaqişənin həlli elementlərinin müzakirələrini davam etmək üçün xarici işlər naziri Elmar Məmmədyarovla hər zaman görüşməyə hazırıq.

Sual: Münaqişə ilə bağlı aparılan danışıqların indiki mərhələsi əvvəlki mərhələlərdən nə ilə fərqlənir? Ərazi bütövlüyü, Dağlıq Qarabağın statusu, qoşunların Azərbaycan ərazisindən çıxarılması ilə bağlı illərdir razılıq əldə edilməyən məsələlərlə bağlı nə yenilik söyləyə bilərsiniz?

Cavab: Münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün bizim danışıqlar beynəlxalq hüquq prinsiplərinə - BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, və xüsusi olaraq - ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmək prinsiplərinə əsaslanır. Münaqişənin hərtərəfli həll planının bir hissəsi olaraq Dağlıq Qarabağın statusunun müəyyənləşməsi də daxil olmaqla işğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır.

Sual: Madrid prinsipləri ətrafında uzun illərdir aparılan danışıqların artıq fiaskoya uğradığını düşünmək mümkündürmü? 

Cavab: Tərəflər və həmsədrlər münaqişənin əsas elementlərinin Madrid prinsiplərinə əsaslanması fikri ilə bölüşürlər. Təkliflər hazırda qeyd olunan prinsiplərə əsaslanaraq tərəflər və həmsədrlər tərəfindən müzakirə olunur.

Sual: Minsk Qrupu həmsədrləri formatı danışıqlarda hər hansı irəliləyişə nail olunması üçün bəs etmir. Danışıqlarda irəliləyişə nail olunması üçün daha hansı formatı effektli hesab edərdiniz?

Cavab: Minsk Qrupu tərəflərin qəbul etdiyi danışıqlar formatıdır. Biz ümid edirik ki, tərəflər münaqişənin danışıqlar yolu ilə həll olunmasına tam sadiq qalaraq həmsədrlərlə sıx əməkdaşlığı davam edəcəklər.

Sual: Vaxtilə ABŞ dövlət katibi Madelen Olbraytın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri vasitəçilərin iştirakı olmadan birbaşa danışıqlara başlamışdı. Bu formatın sonluğu Ermənistanda hakimiyyət dəyişikliyi, parlamentdə qətllə müşayiət olundu. Yenidən tərəflərin vasitəçilərin iştirakı olmadan birbaşa danışıqlara başlaması mümkündürmü?  

Cavab: Biz inanırıq ki, sülh prosesində irəliləyiş əldə etmək üçün Azərbaycan və Ermənistan prezidentlərinin arasında hər hansı bir dialoqun baş tutması vacibdir. Münaqişənin həllində hansısa bir irəliləyiş əldə etmək üçün həmsədrlər dövlət katibi Kerri, prezident Putin və prezident Hollandın vasitəçilik səyləri nəticəsində prezidentlərin iştirakı ilə üçtərəfli görüşlərin təşkil edilməsini dəstəkləyir.

.

www.contact.az

.

Maybe you are interested in:

Bakı ATƏT-in Minsk Qrupunu tənqid edib

Ceyms Uorlik ATƏT-in Minsk Qrupunun həmsədri postunda qalacaq

Ceyms Uorlik Ermənistan QHT nümayəndələri ilə Dağlıq Qarabağ qaçqınları məsələsini müzakirə edib

Ceyms Uorlik: Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün hazırlanması üzərində işləyirik

ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz