Ceyms Uorlik Ermənistan QHT nümayəndələri ilə Dağlıq Qarabağ qaçqınları məsələsini müzakirə edib
Yerevan/20.07.15/Turan-Armİnfo: ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Yerevanda qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirib, onlarla Dağlıq Qarabağ qaçqınları məsələsini müzakirə edib. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin məlumatında bildirilir.
ATƏT MQ-nin həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya), Pyer Andriyo (Fransa) iyulun 20-də Ermənistanda bu ölkənin rəhbərliyi ilə görüşlər keçirəcəklər, ayın 21-də isə Bakıya gedəcəklər. Regiona səfərin məqsədi Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü hazırlamaqdır.
.
Maybe you are interested in:
İlham Əliyev ATƏT Minsk Qrupunun həmsədrlərini qəbul edib
ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı