Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Həmsədrlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlikdən narahatdır

 

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa)  Ermənistan və Azərbaycan ordusunun mülki şəxslərin yaşadığı ərazilərdə minaatanlar və ağır silahlardan istifadə etmələrindən dərin narahatdır.

Bu barədə ATƏT-in mətbuat xidmətinin sentyabrın 25-də yaydığı məlumatda bildirilir.

Həmsədrlər Popovun Nyu-Yorkda yaydıqları birgə bəyanatda xəbərdarlıq edilir ki, bu cür yolverilməz hərəkətlər münaqişənin yayılmasına səbəb ola bilər.

Onlar təmas xəttində hər iki tərəfdən itkilər olduğunu bildirib və ölənlərin ailələrinə başsağlığı veriblər: " Bu insidentlərin Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Nyu York görüşü ərəfəsində baş verməsindən təəssüf edirik. Hesab edirik ki, nazirlər münaqişənin dinc həlliylə bağlı ciddi danışıqlar aparacaqlar".

Bəyanatın sonunda ATƏT-in Minsk qrupunun gərginliyin azaldılması və davamlı sülh sazişinə nail olunması istiqamətində səyləri davam etdirəcəyi bildirilir.

.

www.contact.az

.

Maybe you are interested in:

Minsk Qrupu Berndəki görüş haqqında

İlham Əliyev ATƏT MQ-nin həmsədrlərini məzəmmət edib

Sergey Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Qarabağda vəziyyəti müzakirə edib

İlham Əliyev ATƏT Minsk Qrupunun həmsədrlərini qəbul edib

ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz