Federal lәzgi
milli-mәdәni muxtariyyәti

İlham Əliyev ATƏT MQ-nin həmsədrlərini məzəmmət edib

 

Bu gün Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrləri Pyer Andrie (Fransa), İqor Popov (RF) və Ceyms Uorliki (ABŞ), habelə ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşiki qəbul edib.

Azərbaycan prezidentinin saytında yer alan məlumata görə, Əliyev bildirib ki, Ermənistan rəhbərliyi təxribatlara son qoymur. O xatırladıb ki, ötən ilin oktyabrında Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra Ermənistan tərəfi işğal edilmiş ərazilərdə genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Azərbaycan tərəfi bir neçə gün cavab verməyib. Amma erməni helikopterləri açıq-aşkar Azərbaycan mövqelərini təhlükəyə məruz qoyduqda onlardan biri məhv edilib.

Ermənistan müntəzəm olaraq dinc əhaliyə atəş açırdı, hətta toy mərasimini hədəf seçmişdi, bunun nəticəsində mülki şəxslərə ziyan dəyib.

Əliyev təəssüflə qeyd edib ki, beynəlxalq ictimaiyyət, xüsusən vasitəçilər bu təcavüzkar əməllərə adekvat reaksiya vermir.

Bundan başqa, Sarkisyan rejimi bu yaxınlarda yeni siyasi təxribata əl atıb, Dağlıq Qarabağı Ermənistanın bir hissəsi elan edib. Vasitəçilər bu bəyanatlara reaksiya vermir ki, bu da onların missiyasına kölgə salır, deyə Əliyev bildirib.

Daha sonra Qarabağ münaqişəsinin tənzimlənməsinin hazırki vəziyyəti və perspektivləri müzakirə olunub. 

.

www.contact.az

.

Maybe you are interested in:

Prezident İlham Əliyev: “Ermənistan Azərbaycanı təxribata çəkir”

Sergey Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Qarabağda vəziyyəti müzakirə edib

Həmsədrlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlikdən narahatdır

İlham Əliyev ATƏT Minsk Qrupunun həmsədrlərini qəbul edib

ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz