Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Bakı ATƏT-in Minsk Qrupunu tənqid edib

 

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə nail olmayan Minsk Qrupunun fəaliyyətindən narazıdır. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında deyib.

E.Məmmədyarov bildirib rəsmi Bakı ATƏT-in Minsk Qrupu həmsədrlərinin AŞPA-nın qış sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət üzrə məruzəyə baxılması ilə bağlı bəyanatını digər ölkələrə təzyiq kimi qiymətləndirir. Bu müraciət Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı britaniyalı deputat Robert Uolterin məruzəsinin uğursuz olmasına səbəb olub.

"Mən Rusiya, Fransa və ABŞ xarici işlər nazirlərinə məktub ünvanlamışam və Bakının mövqeyini onların diqqətinə çatdırmışam. Azərbaycanın istənilən məsələni beynəlxalq arenada qaldırmaq kimi suveren hüququ var və heç kimin ölkənin suveren işlərinə qarışmaq haqqı yoxdur”, - nazir vurğulaylb.

İki gün öncə dövlət başçısı İlham Əliyev də ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazılığını bildirib.

.

www.contact.az

.

Maybe you are interested in:

Federika Moqerini: "Avropa İttifaqı Dağlıq Qarabağı tanımır".

Ceyms Uorlik: “İşğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”

ATƏT MQ AŞPA-nı Ermənistan əleyhinə qətnamələr qəbul etməməyə çağırır

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Dağlıq Qarabağ, TANAP və Bakı-Tbilisi-Qars dəmiryol layihələrindən danışıblar

Elmar Məmmədyarov: “ATƏT-in Minsk Qrupu Ermənistana təzyiq göstərməlidir”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz