Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Federika Moqerini: "Avropa İttifaqı Dağlıq Qarabağı tanımır".

 

Qarabağ münaqişəsinin nizamlanması Avropa İttifaqının prioritetləri sırasındadır. Bunu fevralın 29-da Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir», - o vurğulayıb.

Moqerini qeyd edib ki, Avropa İttifaqı Dağlıq Qarabağı tanımır.

Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsi Aİ üçün prioritet olaraq qalır.

Moqerini qeyd edib ki, Aİ ATƏT-in Minsk Qrupunun  münaqişənin dinc yolla nizamlanması üzrə səylərini dəstəkləyir. Aİ tərəfləri yaxınlaşdıran addımları dəstəkləməyə hazırdır və onlrarı dinc prosesə zərər vuran hərəkət və bəyanatlardan çəkinməyə çağırır.

E.Məmmədyarov qeyd edib ki, münaqişə ilə bağlı beynəlxalq ictimaiyyətin və təşkilatların mövqeyi, həmçinin BMT TŞ-nin dörd qətnaməsi barədə Moqerinini məlumatlandırıb.

«Biz münaqişənin tezliklə nizamlanmasını istəyirik. Çünki biz bunun «dondurulmuş münaqişə» olmasına inanmırıq. Bu baxımdan da Avropa İttifaqını Minsk Qrupu ilə birlikdə münaqişənin nizamlanmasına səy göstərməyə çağırırıq, çünki artıq 25 ildir ki, problem öz həllini tapmayıb», - nazir bildirib.

.

www.contact.az

.

Maybe you are interested in:

Bakı ATƏT-in Minsk Qrupunu tənqid edib

Prezident İlham Əliyev: “Ermənistan Azərbaycanı təxribata çəkir”

Tusk Bakını və Yerevanı aqressiv ritorikadan imtina etməyə çağırıb

Bakı və Moskva arasında Dağlıq Qarabağ, Xəzər dənizi və iqtisadi əlaqələrə dair fikir mübadiləsi aparılıb

Herbert Zalber: Müharibə bərpa olunarsa hamı uduzacaq

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz