Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Tusk Bakını və Yerevanı aqressiv ritorikadan imtina etməyə çağırıb

 

Avropa Şurasının rəhbəri Donald Tusk çərşənbə günü Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında bir gün əvvəl Yerevanda səsləndirdiyi çağırışları təkrar edib.

Xüsusən, o qeyd edib ki, Avropa İttifaqı Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır, atəşkəs rejiminə riayət olunmasını və aqressiv ritorikadan imtinanı vacib hesab edir. "Ermənistanı və Azərbaycanı hazır olduqlarını nümayiş etdirməyə və qarşılıqlı güzəştlərə getməyə, gərginliyi artıra biləcək ritorika və əməllərdən imtina etməyə çağırııq. Bəzən susmaq aqressiv ritorikadan daha yaxşıdır”, deyə o bildirib.

Eyni zamanda, Tusk Qarabağ münaqişəsində status-kvonun saxlanmasını qəbuledilməz adlandırıb.

"Biz sülh yolu ilə tənzimlənmənin tərəfdarıyıq və bunun alternativi yoxdur. Hərbi əməliyyatlar və radikal bəyanatlar ideyasından, düşmənçilikdən və ədavətdən imtina etmək lazımdır. Avropa İttifaqı ümid edir ki, ATƏT MQ-nin həmsədri olan ölkələrin səyləri sülh üçün əsas olacaq.

Tusk qeyd edb ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyir.

Öz növbəsində, İlham Əliyev Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilə biləcəyi barədə hamıya məlum olan mövqeyini təsdiq edib və işğal edilmiş əraziləri azad etmək üçün Ermənistana təzyiq göstərməyə çağırıb. Münasibətlərin normallaşması haqqında yalnız bundan sonra danışmaq olar, deyə Əliyev qeyd edib. 

.

contact.az

.

Maybe you are interested in:

Federika Moqerini: "Avropa İttifaqı Dağlıq Qarabağı tanımır".

Donald Tusk Azərbaycanın vətəndaş cəmiyyətinə dəstək ifadə edib

İlham Əliyev Qələbənin 70 illiyini qeyd etmək üçün Moskvaya gedəcək

Elmar Məmmədyarov: “ATƏT-in Minsk Qrupu Ermənistana təzyiq göstərməlidir”

ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanı və Azərbaycanı təmkinli olmağa çağırıblar

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz