Federal lәzgi
milli-mәdәni muxtariyyәti

ATƏT MQ AŞPA-nı Ermənistan əleyhinə qətnamələr qəbul etməməyə çağırır

 

ATƏT-in Minsk Qrupu (MQ) AŞPA-nı danışıqlar prosesinə ziyan vura biləcək əməllərdən çəkinməyə çağırıb.

"Yaxın gələcəkdə AŞPA Qarabağ münaqişəsi ilə bağlı qətnamələri müzakirə edə bilər. Biz Assambleyaya, həmçinin digər regional və beynəlxalq təşkilatlara xatırladırıq ki, Minsk Qrupu danışıqlar üçün qəbul edilmiş yeganə formatdır”, deyə ATƏT MQ həmsədrlərinin 22 yanvar tarixli bəyanatında qeyd edilir.

"Biz AŞPA üzvlərinin marağına dəyər veririk, lakin ATƏT MQ-nin mandatına ziyan vura və ya danışıqların davam etdirilməsini çətinləşdirə biləcək addımlar atmamağa çağırırıq”, deyə sənəddə bildirilir.

Qeyd edək ki, yanvarın 25-də AŞPA-nın Strasburqda keçiriləcək qış sessiyasında "Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində zorakılığın artması” və "Azərbaycanın sərhədyanı əhalisi sudan qəsdən məhrum edilib” adlı məruzələr təqdim ediləcək.

Birinci məruzə Britaniyalı deputat Robert Uolter, ikincisi isə Bosniya və Herseqovinalı deputat Militsa Markoviç tərəfindən hazırlanıb.

Ermənistan tərəfi bu məruzələrin təsdiq edilməsinə yol verməmək üçün əlindən gələni edir.

Bir müddət əvvəl ATƏT MQ AŞPA-nı Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə müdaxilə etməməyə çağırıb.

.

www.contact.az

.

Maybe you are interested in:

Ceyms Uorlik: “İşğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”

Bakı ATƏT-in Minsk Qrupunu tənqid edib

AŞPA Sərsəng su anbarı ilə bağlı qətnaməni qəbul edib

AŞPA Robert Uolterin Azərbaycanın işğal edilmiş əraziləri haqqında qətnaməsini qəbul etməyib

AŞPA komitəsi Sərsəng su anbarı üzrə qətnaməni təqdir edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz