Federal lәzgi
milli-mәdәni muxtariyyәti

AŞPA Sərsəng su anbarı ilə bağlı qətnaməni qəbul edib

 

AŞPA-nın qış sessiyasının yanvarın 26-da keçirilən iclasında deputatların səs çoxluğu ilə (98 lehinə, 71 əleyhinə) Bosniyalı deputat Melitsa Markoviçin "Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin sudan qəsdən məhrum edilməsi” adlı qətnaməsi qəbul edilib.

Xatırladaq ki, məruzədə Ermənistan hakimiyyətinə su resurslarından "siyasi təsir aləti kimi” istifadə etməyə son qoymaq çağrışı yer alır. Su bəndinə 20 ildən çoxdur müntəzəm texniki xidmət olmadığına görə Sərsəng su anbarında vəziyyət "bütün sərhədyanı bölgə üçün təhlükə yaradır”, deyə məruzədə qeyd edilir.

Sərsəng su səddi köhnəlmiş vəziyyətdədir ki, bu da humanitar və ekoloji problem yaradır və "çox sayda insan tələfatına səbəb olacaq qəzaya” gətirib çıxara bilər. Bu problemin həlli üçün AŞPA Ermənistan silahlı qüvvələrinin dərhal çıxarılmasına çağırıb. Bu, mühəndislərin və hidroloqların ətraflı araşdırma üçün obyektə çıxışını təmin etməyə imkan verəcək.

Bundan başqa, su anbarına, Sərsəng və Madagiz bəndlərinin vəziyyətinə, payız-qış dövründə su buraxılması qrafikinə beynəlxalq nəzarət tələb olunur.

Sənəddə Ermənistan hakimiyyətindən su resurslarından "siyasi təsir və ya təzyiq aləti kimi” istifadəyə son qoymaq xahişi yer alır.

Bugünki müzakirələr zamanı Ermənistan nümayəndə heyəti sənədə 20-dən çox düzəliş, o cümlədən məruzənin adının daha yumşaq adla əvəz olunmasını təklif edib. Lakin demək olar ki, bütün düzəlişlər rədd olunub.

.

www.contact.az

.

Maybe you are interested in:

AŞPA Azərbaycanda insan hüquqları üzrə yeni məruzəçi təyin edib

Etibarsız dostlar yoxsa yalnış diplomatiya?

AŞPA Robert Uolterin Azərbaycanın işğal edilmiş əraziləri haqqında qətnaməsini qəbul etməyib

ATƏT MQ AŞPA-nı Ermənistan əleyhinə qətnamələr qəbul etməməyə çağırır

AŞPA komitəsi Sərsəng su anbarı üzrə qətnaməni təqdir edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz