Etibarsız dostlar yoxsa yalnış diplomatiya?
Yanvarın 26-da Strasburqda AŞPA sessiyasında "Dağlıq Qarabağda və işğal edilmiş digər ərazilərdə zorakılığın eskalasiyası” adlı sənədin uğursuzluğa uğraması Bakı üçün soyuq duş kimi oldu, diskussiya və şərhlər üçün mövzuya çevrildi.
Britaniyalı deputat Robert Uolterin hazırladığı sənəd avropalılar üçün hürküdücü ada malik idi.
AŞPA-da bu cür sənədin qəbuluna cəhdlər təkcə pul məsrəfi və hər tində ərazilərin işğalı ilə bağlı çığırmağı tələb etmir. Və əgər məruzənin hazırlanmasında hər hansı problem yaranmayıbsa o demək deyil ki, bu, Strasburqda "sevinclə” qarşılanacaq.
Başını işlədən hər kəs anlamalıdır ki, AŞPA-nın çoxsaylı deputatının dəstəyini qazanmaq lazımdır ki, onlar "lehinə” səs versinlər və ya heç olmasa "əleyhinə” olmasınlar.
Prezident Administrasiyasında və Milli Məclisdəki "ağıllılar” nəzəri baxımdan hər şeyi yaxşı bilir: bütün dünya artıq "bizim haqlı olduğumuzu və ədalətli mövqeyimizi bilir”. Gürcüstan, Ukrayna, Türkiyə kimi ölkələr və bütün Avropa bizdən asılıdır və sadəcə, dəstəkləməyə bilməzlər”.
Nümayəndə heyəti belə düşüncə ilə Strasburqa yola düşüb.
Görünür, Ramiz Ənvəroviçin və YAP ağıllılarının stilində təlimat bununla məhdudlaşıb. Ukrayna nümayəndə heyətinin özünü necə aparacağını kim düşünə bilərdi ki? Amma düşünmək lazım idi, həm də AŞPA Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləyən qətnamə qəbul etdiyi zaman Azərbaycan nümayəndə heyəti Ukraynanın ərazü bütövlüyünü dəstəkləməyəndə düşünmək lazım idi...
Faktiki olaraq Azərbaycan bir prinsipin –ərazi bütövlüyünə əməl edilməsinə çağırışın əleyhinə çıxıb. Nəyə görə? Moskvaya xoş gəlmək və bunun əvəzində onun Qarabağı hədiyyə etməsi üçünmü? Bundan artıq idiotizm təsəvvür etmək çətindir.
Və bir il öncə bizim nümayəndələrin bu cür davranışları onunla nəticələndi ki, Ukrayna nümayəndə heyətinin 18 üzvündən böyük əksəriyyəti Uolterin məruzəsini dəstəkləməyib. Sənədin qəbul edilməsi üçün cəmi beş səs çatmayıb. Hətta türklərlə də lazımi iş aparılmayıb və səsvermə zamanı bu ölkədən dörd deputat zalda olmayıb.
Bu cür primitiv və məhdud düşüncə uzun illərdir ki, ölkənin əsas problemlərindən biridir. Bu, Avropa Oyunlarına milyardlarla dollar xərcləmək, Kannda çoxmilyonlu atəşfəşanlıq düzəltmək, "dostlar çevrə”sini formalaşdırmaq üçün ABŞ-da milyonlar xərcləmək cəhdlərində özünü göstərir.
Qərb diplomatlarından biri şəxsi söhbət zamanı demişdi: "Siz başa düşmək istəmirsiniz ki, Qərbi ilk növbədə sizin rejim, hamını pulla almaq, bu oyuna oynamaq istəyənləri tapmaq cəhdləriniz qorxudur. Amma biz hamımız belə deyilik. Buna razı olanlar isə sifarişi yerinə yetirdikdən sonra sakitcə üz çevirirlər.
Belə yanaşmanı diplomatiya adlandırmaq olmaz, daha doğrusu diplomatiya təkcə bundan ibarət deyil.
Əgər sizin ölkədə demokratik, korrupsiyaya uğramamış, yaxşı təşkil edilmiş hökumət olsaydı sizin ölkənin dostları da daha çox olardı və Qarabağ məsələsində sizi daha çox adam dəstəkləyərdi”.
Jemin
.
Maybe you are interested in:
AŞPA rəhbəri Xədicə İsmayılovanı alqışlayır