Federal lәzgi
milli-mәdәni muxtariyyәti

AŞPA Robert Uolterin Azərbaycanın işğal edilmiş əraziləri haqqında qətnaməsini qəbul etməyib

 

 Strasburqda AŞPA-nın bugünki iclasında deputatlar səs çoxluğu ilə (66 lehinə, 71 əleyhinə) Britaniyalı deputat Robert Uolterin "Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində zorakılığın artması” adlı qətnaməsini qəbul etməyiblər.

Uolter artıq deputat olmadığı üçün sənədi Norveçli deputat Mogens Yensen təqdim edib, o xatırladıb ki, Ermənistan tərəfi onu Ermənistana və Dağlıq Qarabağa buraxmayıb.

Sənədə Fransa, Macarıstan, İsveç və Almaniyadan olan bir sıra deputatlar etiraz edib. Sənədin əleyhinə səs verməyə səbəb kimi sənədin birtərəfli olmasından, Azərbaycanda demokratiyanın pozulmasından və balansa riayət etmək zərurətindən bəhs edilib.

Xatırladaq ki, məruzədə "Ermənistan silahlı qüvvələrinin və digər qeyri-müntəzəm birləşmələrin Dağlıq Qarabağdan və Azərbaycanın digər işğal edilmiş ərazilərindən çıxarılması” çağırışı, hər iki ölkə hakimiyyətinə hərbi gücdən istifadədən çəkinmək çağırışı, ATƏT-ə Dağlıq Qarabağda təhlükəsizliyi təmin etmək üçün beynəlxalq sülhməramlı qüvvələr yaratmaq, məcburi köçkünlərin təhlükəsiz şəkildə qayıtmasını təmin etmək, habelə atəşkəs rejiminin pozulması hallarının araşdırılması mexanizmi yaratmaq çağırışı yer alırdı.

.

www.contact.az

.

Maybe you are interested in:

Bakı ATƏT-in Minsk Qrupunu tənqid edib

Etibarsız dostlar yoxsa yalnış diplomatiya?

AŞPA Sərsəng su anbarı ilə bağlı qətnaməni qəbul edib

ATƏT MQ AŞPA-nı Ermənistan əleyhinə qətnamələr qəbul etməməyə çağırır

AŞPA komitəsi Sərsəng su anbarı üzrə qətnaməni təqdir edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz