Federal lәzgi
milli-mәdәni muxtariyyәti

C.Uorlik: Azərbaycan və Ermənistan prezidentləri sülhə sadiqdir

 

ATƏT-in Minsk qrupunun həmsədrləri bu ilin sonuna qədər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili ilə məşğuldurlar.  Regiona hazırki səfər və səfərdən əvvəl Vyanada keçirilən görüş də bununla bağlıdır.

Bu barədə ATƏT MQ-nin Amerikalı həmsədrli Ceyms Uorlik Bakıda bugünki mətbuat konfransında bildirib.

O qeyd edib ki, vasitəçilər Azərbaycan v Ermənistan rəhbərliyi ilə görüşlərdə atəşkəs rejiminə riayət olunmasının, zorakılıq hallarına yol verilməməsinin zəruriliyini qeyd ediblər.

Uorlikin fikrincə, son bir neçə ay ərzində təmas xəttində nisbətən sakitlik müşahidə olunur.  Düşünürük ki, tərəflər atrasındakı bu sakitlik bilavasitə gələcək etimadın əldə olunmasına zəmin yaradacaq.

Jurnalistlərin suallarına cavabda Uorlik təsdiq edib ki, müzakirələr zamanı hər dəfə həmsədrlər azərbaycanlı əsirlər Dilqəm Əsgərovun və Şahbaz Quliyevin taleyi məsələsini də qaldırırlar.

Uorlik hesab edir ki, Azərbaycan və Ermənistan prezidentləri müharibə istəmirlər və sülhə sadiqliklərini nümayiş etdiriblər.

"Vacib nməqamlardan biri tərəflər arasında tam etmadın olmaması məqamıdır. Mən başa düşürəm ki, tərəflər arasında olan etmad bilavasitə danışıların zəminini təşkil etməlidir. Etmadın yarsadılması və möhkəmləndirilməsi  üçün kiçik addımlar çox böyük rol oynayır. Mühüm olan kiçik addımları atmaq çox vacibdir və  bu addımlardan biri Azərbaycan tərəfindən Ermənistan atletlərinin Bakıda keçirilən Avropa Oyunlarına dəvət olunması oldu. Ermənistan idmançıları gəldilər və yarışlara qatıldılar. Bu kimi  addımlıar etimadın yaradılması və möhkəmləndirilməsi  üçün çox mühümdür. Prezident Əliyevlə görüşdə dedim ki, Ermənistan idmançıları kimi  bir gün olacaq ki, Azərbaycan idmançıları da Ermənistanda yarışlarda iştirak edəcək”, deyə Uorlik bildirib.

.

contact.az

.

Maybe you are interested in:

Nalbandyan: Ermənistan və Azərbaycan prezidentlərinin görüşü dekabrda keçiriləcək

İlham Əliyev ATƏT Minsk Qrupunun həmsədrlərini qəbul edib

Ceyms Uorlik Ermənistan QHT nümayəndələri ilə Dağlıq Qarabağ qaçqınları məsələsini müzakirə edib

Ceyms Uorlik: Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün hazırlanması üzərində işləyirik

ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz