Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Nalbandyan: Ermənistan və Azərbaycan prezidentlərinin görüşü dekabrda keçiriləcək

 

Yerevan/ 04.12.15/Turan-Armİnfo: Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycan prezidenti İlham Əliyevin görüşü bu ay keçiriləcək. Bu barədə Belqradda Ermənistan XİN rəhbəri Edvard Nalbandyan bildirib.

Onun sözlərinə görə, bu razılıq ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdə əldə olunub. Görüşün bütün təfərrüatı daha sonra açıqlanacaq. "Görüş dekabrda olacaq, onun yeri və tarixi haqqında ətraflı məlumat veriləcək”, deyə o qeyd edib.

Dekabrın 4-də ATƏT MQ-nin Amerikalı həmsədri Ceyms Uorlik twitter-dəki mikrobloqunda yazıb ki, Ermənistan və Azərbaycan prezidentlərinin görüşü dekabrın sonlarında keçirilə bilər. "Biz bu ayın sonlarında Ermənistan və Azərbaycan arasında görüşün təşkili yolundayıq”, deyə Uorlik qeyd edir.

Rəsmi Bakı hələlik Nalbandyanın bəyanatını şərh etmir. 

.

www.contact.az

.

Maybe you are interested in:

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Berndə keçiriləcək

Dekabrda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ola bilər

C.Uorlik: Azərbaycan və Ermənistan prezidentləri sülhə sadiqdir

Ceyms Uorlik Ermənistan QHT nümayəndələri ilə Dağlıq Qarabağ qaçqınları məsələsini müzakirə edib

Ceyms Uorlik: Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün hazırlanması üzərində işləyirik

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz