Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Berndə keçiriləcək

 

İlham Əliyev dekabrın 18-də İsveçrənin Bern şəhərinə gəlib. Ayın 19-da burada ATƏT Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə onun Ermənistan prezidenti ilə görüşü keçiriləcək. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bir müddət əvvəl amerikalı həmsədr Ceyms Uorlik görüşdə Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində real addımlara nail olunacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, son iki həftədir Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində vəziyyət çox gərgin olub və artilleriya, minaatanlar və zirehli texnikadan istifadə ilə atışma ilə müşaiyət olunub. Hər iki tərəfdən ən az 15 nəfər həlak olub, daha çox sayda insan yaralanıb.

Müşahidəçilər ümid edirlər ki, prezidentlərin görüşü bu gərginliyi azaltmağa imkan verəcək. 

.

www.contact.az

.

Maybe you are interested in:

ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü planlaşdırmır

Nalbandyan: Ermənistan və Azərbaycan prezidentlərinin görüşü dekabrda keçiriləcək

ATƏT-in baş katibi Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü gözləyir

Həmsədrlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlikdən narahatdır

Ceyms Uorlik: Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün hazırlanması üzərində işləyirik

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz