Federal lәzgi
milli-mәdәni muxtariyyәti

ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü planlaşdırmır

 

"Bu dəfə Vaşinqtonda prezidentlərin görüşünü təşkil etmək planımız yoxdur. Ancaq biz bu il prezidentlər arasında dialoqu intensivləşdirməyə hazırıq”, - ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik 31 mart-1 aprel tarixlərində Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammiti çərçivəsində prezidentlər İlham Əliyevlə Serj Sarkisyanın görüşünün mümkünlüyü barədə Turan agentliyinin sorğusu ilə bağlı şərhində bildirib.

"Mən Dağlıq Qarabağ prosesinin inkişafını müzakirə etmək üçün digər həmsədrlərin adından tərəflərlə görüşməyi planlaşdırıram”, - C.Uorlik vurğulayıb.

Qeyd edək ki, Ermənistan prezidenti artıq ABŞ-a gedib, prezident İlham Əliyev isə yaxın vaxtlarda getməlidir. Bundan öncə müxtəlif mənbələr sammit çərçivəsində iki prezidentin görüşünün mümkünlüyünü bildiriblər. Məqsəd son zamanlar Qarabağ münaqişəsi zonasında artan gərginliyin yatırılması məsələlərinin müzakirəsidir.

.

www.contact.az

.

Maybe you are interested in:

BMT baş katibi Azərbaycan və Ermənistan prezidentlərini zorakılıqdan çəkinməyə çağırıb

Nalbandyan: Ermənistan və Azərbaycan prezidentlərinin görüşü dekabrda keçiriləcək

Ceyms Uorlik Ermənistan QHT nümayəndələri ilə Dağlıq Qarabağ qaçqınları məsələsini müzakirə edib

Ceyms Uorlik: Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün hazırlanması üzərində işləyirik

ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz