Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Sülhə məcbur edilənlər

 

Azərbaycan və Ermənistan prezidentlərinin 19 dekabr Bern görüşünün nəticələri haqqında qısa məlumatlar İlham Əliyev və Serj Sarkisyanın söhbətinin əsas mövzusunun Qarabağ münaqişəsinin tənzimlənməsində sülh prosesinə sadiqliyin növbəti dəfə təsdiq edilməsi olduğunu düşünmək üçün əsas verir.

Hər iki prezidentin danışıqlardan sonra regionda sülh şərəfinə qədəh qaldırması haqqında sızan məlumat tərəflərin ABŞ, Rusiya və Fransanın şəxsində Minsk Qrupunun həmsədri olan ölkələrə qoşunların təmas xəttində gərginliyin azaldılması və sülh danışıqlarının davam etdirilməsi haqqında müəyyən zəmanətlər verdiyini göstərir.

Məhz sülhün qorunub saxlanması məsələsinin görüşdə əsas mövzu olduğunun dolayı təsdiqi prezidentlərin Rusiya xarici işlər naziri Sergey Lavrovun irəli sürdüyü təklifləri müzakirə etməsi haqqında bəyanatdır. Lavrovun 2014-cü ildə Soçi, Uels və Paris sammitlərində başlanmış hərtərəfli tənimləməni davam etdirmək və 2016-cı ildə hazırda müzakirə mərhələsində olan təkliflər əsasında dialoqu fəallaşdırmaq təklifi haqqında qısa məlumat verilirdi. Bu məqam Minsk üçlüyünün xarici siyasət idarələrinin bu ilin 3 dekabr tarixli birgə bəyanatında əksini tapıb. Bu isə o deməkdir ki, görüş Rusiyanı 

  "Prezidentlər həmsədrlərin təmas xəttində riskin azaldılması və araşdırma mexanizminin yaradılması üzrə tədbirlər işlənib hazırlanması üzrə hazırki işini dəstəkləyiblər". Minsk Qrupunun həmsədrləri
;n deyil, gərginliyin artmasından narahat olan bütün Minsk Qrupunun təşəbbüsünün nəticəsi olub.

 

Adətən belə hallarda üçlük ənənəvi olaraq Rusiyanı qızğın Cənubi Qafqaz rəhbərlərinin yanğınsöndürəni kimi işə qoşurdu. Belə ki, məsələn, dəfələrlə Rusiya prezidenti Vladimir Putinin və Dmitri Medvedevin iştirakı ilə görüşlər məhz xüsusi hərbi gərginlik dövrlərində olub. Bu, əlbəttə ki, tərəflərin güc tətbiq etməkdən imtina etməsinə gətirib çıxarmırdı, amma Qarabağ cəbhəsində hərbi qarşıdurmaları yol verilən çərçivədə lokallaşdırırdı.

Bir saatlıq rəsmi görüş, habelə təşəbbüslər haqqında hər-hansı başqa faktın olmaması göstərir ki, vasitəçilər bu gün real danışıqlara hazır deyillər. Bu, əsasən Dəməşqdən Parisə qədər terrorizmə qarşı mübarizə kimi beynəlxalq məsələlərin aktuallığı ilə əlaqədardır. Bu isə o deməkdir ki, qarşıda duran 2016-cı il, vəd olunsa da, Qarabağ istiqamətində sıçrayış ili ola bilməz, belə ki, gündəlikdə Avropa və Yaxın Şərq ölkələrinin əsas terror mənbələrinin ləğvi və ərəb dünyasının postdiktator ölkələrində böhranların yatırılması üzrə səylərinin birləşdirilməsini tələb edən daha qlobal təhlükələr var. 

Turan Analitika Xidməti

.

www.contact.az

.

Maybe you are interested in:

Minsk Qrupu Berndəki görüş haqqında

Vaşinqton Bakı və Yerevanı təmkinliyə çağırıb

Vasitəçilərin ünvanına ittihamlr Bakı və Yerevanın siyasi iradəsinin olmadığını göstərir – ATƏT MQ

Ceyms Uorlik: Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün hazırlanması üzərində işləyirik

ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz