Federal lәzgi
milli-mәdәni muxtariyyәti

İlham Əliyev AŞPA həmməruzəçilərini və Britaniyanın elçisini qəbul edib

 

Prezident İlham Əliyev martın 2-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçisi Pedro Aqramunt və Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə elçisi Çarls Hendrini qəbul edib.

Həmməruzəçilərlə görüşdə Azərbaycan ilə Avropa Şurası arasında qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti vurğulanıb, bu əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Çarls Hendri bildirib ki, Azərbaycana səfərinin əsas məqsədi  "Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında” Anlaşma Memorandumu imzalamaqdır.

İlham Əliyev Azərbaycan ilə Böyük Britaniya arasında təkcə enerji sektorunda deyil, iqtisadi, ticarət, investisiya və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğulayıb. Prezident İlham Əliyev daha çox sayda Britaniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsində də ölkənin maraqlı olduğunu deyib. 

.

contact.az

.

Maybe you are interested in:

Prezident İlham Əliyev: “Ermənistan Azərbaycanı təxribata çəkir”

İlham Əliyev Avropa Komissarı ilə insan hüquqları problemini müzakirə edib

İlham Əliyev AŞPA məruzəçisini qəbul edib

Bolqarıstan və Azərbaycan prezidentləri Cənub Qaz Dəhlizini müzakirə ediblər

Dövlət başçısı İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə enerji məsələlərini müzakirə edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz