Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Bolqarıstan və Azərbaycan prezidentləri Cənub Qaz Dəhlizini müzakirə ediblər

 

Martın 4-də Sofiyada Azərbaycan prezidenti İlham Əliyev və bolqarıstanlı həmkarı Rosen Plevneliyev arasında təkbətək görüşü olub.

Görüşdə siyasi, iqtisadi, energetika, humanitar və mədəni sahələr də daxil olmaqla ikitərəfli əmkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezidentlər əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanlar olduğunu bildiriblər.

Bundan sonra prezidentlərin iştirakı ilə daha geniş tərkibdə görüş keçirilib.

Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, investisiya qoyuluşu, energetika, TAP və TANAP strateji layihələri, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, ərzaq məhsulları, turizm, infrastruktur və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra  iki ölkə arasında strateji tərəfdaşlıq barədə birgə bəyannamə imzalanıb

.

contact.az

.

Maybe you are interested in:

Prezident İlham Əliyev: “Ermənistan Azərbaycanı təxribata çəkir”

İ.Əliyev və N.Patruşevin regional təhlükəsizlik məsələlərini müzakirə edib (YENİLƏNİB)

İlham Əliyev Avropa Komissarı ilə insan hüquqları problemini müzakirə edib

Azərbaycan və Pakistan prezidentlərinin görüşü

İlham Əliyev AŞPA həmməruzəçilərini və Britaniyanın elçisini qəbul edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz