Federal lәzgi
milli-mәdәni muxtariyyәti

İ.Əliyev və N.Patruşevin regional təhlükəsizlik məsələlərini müzakirə edib (YENİLƏNİB)

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan  Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Patruşevin səfər çərçivəsində keçiriləcək görüşlərinin  səmərəli olacağına əminliyini bildirdi. İki ölkə hüquq mühafizə orqanları arasında münasibətlərin uğurlu inkişafına toxunan  Əliyev müvafiq qurumların işgüzar əlaqələrinin mövcud olmasının, qarşılıqlı informasiya mübadiləsi aparılmasının və birgə tədbirlərin keçirilməsinin regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından önəmini qeyd edib.

Patruşev  Azərbaycan və Rusiya arasında  ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. Nikolay Patruşev yüksək səviyyəli görüşlərin, o cümlədən Azərbaycan və Rusiya prezidentlərinin faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə Moskvadakı təmaslarının ikitərəfli münasibətlərimizin genişləndirilməsi və əlaqələrin möhkəmləndirilməsi baxımından önəmini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. (AzərTac)

*   *   *

2015 May 11 (Bazar ertəsi) 12:33:29

RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev mayın 11-də Azərbaycana ikigünlük səfərə gəlib. Bazar ertəsi onun milli təhlükəsizlik naziri Eldar Mahmudov və İkinci Dünya Müharibəsi veteranları ilə  görüşləri planlaşdırılıb.

N.Patruşevin iki dəfə  Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə gül qoyacağı gözlənilir.

Çərşənbə axşamı N.Patruşev Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Təhlükəsizlik Şurasının sədri Ramiz Mehdiyev, həmçinin daxili işlər naziri Ramil Usubovla görüşəcək.

Həmçinin prezident İlham Əliyevlə görüş gözlənilir. Bu barədə Turan-a diplomatik mənbələrdən məlum olub.

Görüş və danışıqların mövzusu regional və beynəlxalq təhlükəsizlik məsələləri olacaq.

.

contact.az

.

Maybe you are interested in:

Sankt-Peterburq gəmiqayırma sahəsində Azərbaycanla əməkdaşlıq etmək istəyir

İlham Əliyev Avropa Komissarı ilə insan hüquqları problemini müzakirə edib

İlham Əliyev Aİ-nin insan hüquqları üzrə xüsusi nümayəndəsini qəbul edib

Yaponiya Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

İlham Əliyev Həştərxan qubernatorunu təltif edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz