Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Sankt-Peterburq gəmiqayırma sahəsində Azərbaycanla əməkdaşlıq etmək istəyir

 

Bu gün prezident İlham Əliyev Sankt-Peterburq şəhərinin qubernatoru Georgi Poltavçenkonu və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

Görüş zamanı dövlət başçısı ikitərəfli münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini bildirib. O, Georgi Poltavçenkonun səfərinin bu əməkdaşlığın daha da möhkəmləndirilməsinə imkan verəcəyini vurğulayıb. İ.Əliyev həmçinin regional əməkdaşlığın möhkəmləndirilməsinin zəruri olduğunu deyib.

Cavab sözündə Sankt-Peterburq şəhərinin qubernatoru Bakıda doğulduğunu və Bakının onun üçün doğma olduğunu vurğulayıb. O, son vaxtlar Azərbaycan paytaxtının inkişafını yüksək qiymətləndirib.

Bakı və Sankt-Peterburq arasında əməkdaşlığa toxunan G.Poltavçenko qeyd edib ki, əlaqələrin daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcək. O, Sankt-Peterburq şəhərinin Azərbaycanla  iqtisadi, ticarət və digər sahələrlə yanaşı, gəmiqayırma sektorunda da əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib.

.

www.contact.az

.

Maybe you are interested in:

Prezident İlham Əliyev: “Ermənistan Azərbaycanı təxribata çəkir”

İ.Əliyev və N.Patruşevin regional təhlükəsizlik məsələlərini müzakirə edib (YENİLƏNİB)

İlham Əliyev AŞPA həmməruzəçilərini və Britaniyanın elçisini qəbul edib

Yaponiya Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

İlham Əliyev Həştərxan qubernatorunu təltif edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz