Yaponiya Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir
Bazar ertəsi prezident İlham Əliyev Yaponiyanın xarici işlər nazirinin müavini Minoru Kiuçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısının sayti qeyd edir ki, ölkələr arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən İ. Əliyev bu münasibətlərin digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı əsas yaratdığını bildirib.
M. Kiuçi isə Yaponiyanın Azərbaycanla əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, texnoparkların və neft-kimya komplekslərinin yaradılması, yüksək texnologiyalar, informasiya texnologiyaları və digər sahələrdə genişləndirilməsində maraqlı olduğunu bildirib.
.
Maybe you are interested in:
İlham Əliyev Polşa səfirinin etimadnaməsini qəbul edob