Azərbaycan və Pakistan prezidentlərinin görüşü
Azərbaycan və Pakistan prezidentləri İlham Əliyev və Məmnun Hüseyn martın 11-də Bakıda təkbətək görüş keçiriblər.
Azərbaycan prezidentinin saytında yer alan məlumata görə, görüşdə dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi qeyd edilib.
Hüseyn onun rəsmi səfərinin ikitərəfli əməkdaşlığın bundan sonra da möhkəmlənməsinə xidmət edəcəyindən əminlik ifadə edib.
Əməkdaşlığın dərinləşdirilməsi üçün yaxşı potensial olduğu qeyd edilib. Həmçinin, ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar davam etdirilib.
.
Maybe you are interested in: