Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Devid Kramer: “Prezident İlham Əliyevlə yüksək səviyyədə görüşlər olmamalıdır”

 

Freedom House təşkilatının keçmiş rəhbəri və ABŞ dövlət katibinin insan hüquqları və demokratiya üzrə keçmiş köməkçisi Devid Kramer ABŞ administrasiyasını İlham Əliyev Azərbaycanda bütün siyasi məhbusları azad etməyincə onu yüksək səviyyədə qəbul etməməyə çağırıb.

D.Kramer dünənki əfv fərmanını Turan-ın müxbirinə şərh edərkən deyib: "Mən 14 siyasi məhbusu azadlıqda görməyimə şadam. Onlar heç zaman həbsdə olmamalıydı.

Lakin siyasi məhbusların bir çoxu azadlığa buraxılmayıb. Prezident İlham Əliyev bütün siyasi məhbusları azad etməyənə, öz ölkəsinin siyasi sistemində bir çox problemi həll etməyənə qədər onunla yüksək səviyyədə heç bir görüş olmamalıdır”, - Kramer İ.Əliyevin 31 mart-1 aprel tarixlərində nüvə sammitində iştirak etmək üçün Vaşinqtona gözlənilən səfərilə bağlı bildirib. 

.

www.contact.az

.

Maybe you are interested in:

Con Kerrinin İlham Əliyevlə görüşü keçiriləcək

ABŞ: Azərbaycan bütün siyasi məhbusları azad etməlidir

Konqresmen Smit ATƏT və ABŞ-ı Azərbaycanda siyasi məhbuslar məsələsinin həllinə çağırır

Devid Kramer: “Vaşinqtonun mesajı olduqca aydındır – siyasi məhbus yoxdursa sanksiya da yoxdur”

Devid Kramer: “Azərbaycanın ABŞ-a daha çox ehtiyacı var, nəinki bizim Azərbaycana”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz