Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Konqresmen Smit ATƏT və ABŞ-ı Azərbaycanda siyasi məhbuslar məsələsinin həllinə çağırır

 

Nüfuzlu amerikalı konqresmen Kristofer Smit ATƏT  rəhbərliyini, həmçinin ABŞ hökumətini prezident İlham Əliyevlə görüşlərdə Azərbaycanda siyasi məhbuslar və mətbuat azadlığının boğulması məsələsini qaldırmağa çağırıb.

"Mən Bakıda iki dəfə prezident Əliyevlə görüşmüşəm və ümid edirəm ki, Vaşinqtonda da onunla görüşəcəm”, - Smit Turan-ın Vaşinqton müxbirilə söhbətində İ.Əliyevin martın sonlarında nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün ABŞ-a gözlənilən səfərini şərh edərkən bildirib.

Helsinki Komissiyasının rəhbəri və "Azərbaycan Demokratiya Aktı”nın sponsoru olan Smit bu sənədin anlamının perspektivləri haqda sualın cavabında deyib: "Biz bu qanun layihəsinə çox ciddi yanaşırıq. Biz İlham Əliyevi və onun hökumətini inandırmağa çalışırıq ki, jurnalistlərə və müxalifətçilərə qarşı repressiyalar yaxşı yol deyil”.

ABŞ Azərbaycanın və onun hökumətinin yaxın dostu olmaq istəyir. "Dostlar bir-birinə imkan verməməlidir ki, insan hüquqları pozulsun. Yüzə yaxın siyasi məhbusun olduğu halda, sadəcə, səhifəni çevirmək olmaz. Və bu rəqəm getdikcə artır”, - konqresmen vurğulayıb.

"Bəzən jurnalistlər elə şeylər yazırlar ki, heç birimizin xoşuna gəlmir. Əgər məlum olursa ki, sizdə problem sistemli şəkildədir, korrupsiya var, siz jurnalistlərdən yox, korrupsiyadan xilas olmalısınız”, - Smit qeyd edib.

"Azərbaycan Demokratiya Aktı” ötən ilin sonlarında Helsinki Komissiyası tərəfindən təqdim edilib və müstəqil səslərin susdurulmasına görə Azərbaycandan olan yüksək vəzifəli rəsmi şəxslərə ABŞ-a viza verilməməsini nəzərdə tutur.

Bakı bu qanun layihəsini "erməniyönlü” hesab edərək Smiti 1915-ci il "erməni soyqırımı”nın tanınmasının tərəfdarı adlandırır.

"Qanun layihəsi açıqlanana qədər ermənilərin heç bundan xəbəri olmayıb. Sənəddə məqsəd Azərbaycanda əsas insan hüquqlarının müdafiəsidir”, - Smit bununla bağlı deyib.

Çərşənbə axşamı Vaşinqtonda Helsinki Komissiyasının iclasında Kristofer Smit Xədicə İsmayılova və digər siyasi məhbuslarla bağlı ATƏT sədri Frank-Valter Ştaynmayerə göndərilən müraciəti yada salıb.

Müraciətdə Xədicənin və digər məhbusların azadlığa buraxılmasına çağırılır.

"Əgər Azərbaycana getsəniz şəxsən Xədicə ilə görüş istəyin”, - Smitin müraciətində deyilir.

Frank-Valter Ştaynmayerin cavab məktubunda bildirilib ki, Münhen konfransında prezident İlham Əliyevlə görüş olub və o, Azərbaycana qarşıdakı səfəri barədə prezidentə məlumat verib. "Biz Azərbaycanı KİV azadlığına hörmətlə yanaşmağa çağırırıq və ümid edirik ki, bu məsələni həll edəcəyik”, - cavab məktubunda deyilir.

.

www.contact.az

.

Maybe you are interested in:

ABŞ: Azərbaycan bütün siyasi məhbusları azad etməlidir

“Qlobal Maqnitski” qanununun sponsoru “Azərbaycan Demokratiya Aktı” qanun layihəsinin həmmüəllifidir

Daha bir konqresmen "Azərbaycanda Demokratiya Aktı"nı dəstəklədi

Kris Smit: “Bakının ittihamları yalnış və gülüncdür”

XİN ABŞ tərəfindən sanksiya təhlükəsinə zəif cavab verib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz