Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Daha bir konqresmen "Azərbaycanda Demokratiya Aktı"nı dəstəklədi

 

Amerikalı konqresmen Co Hek (Joe Heck, respublikaçı, Nevada ştatı) cümə günü insan hüquqlarının pozulmasında rolu olan Azərbaycan hökuməti nümayəndələrinə qarşı viza sanksiyaları tətbiq edilməsini nəzərdə tutan "Azərbaycanda Demokratiya Aktı"nı (HR 4264) dəstəkləyib, bu barədə Turan-ın Vaşinqton müxbirinə ABŞ Konqresindəki mənbə bildirib.

"Qanun layihəsinin hazırda rəsmi olaraq iki həmmüəllifi var", deyə mənbə qeyd edib.

Turan-ın artıq məlumat verdiyi kimi, bu yaxınlarda qanun layihəsinin ilk həmmüəllifi demokrat konqresmen Luiza Sloter olub. Ötən ilin sonlarında "Azərbaycanda Demokratiya Aktı" layihəsini Konqresin Helsinki Komissiyasının sədri Kris Smit elan edib, bundan sonra 14 səhifəlik sənəd baxılması üçün Konqresin üç Komitəsinə verilib.

Lakin mənbənin məlumatına görə, "qanun layihəsinin tam səsverməyə nə zaman çıxarılacağı hələ elan edilməyib". Qanun qəbul ediləcəyi təqdirdə Azərbaycan hökumətinin ali rəhbərliyinin nümayəndələrinə və onların yaxın qohumlarına ABŞ vizaları verilməsindən imtina olunacaq. Viza sanksiyaları ölkənin ali rəhbərliyi və ya onların ailə üzvləri ilə işgüzar münasibətlərdən maliyyə mənfəəti əldə edənlərə də şamil olunacaq. Bundan başqa, insan hüquqlarının pozulmasında rolu olan hüquq-mühafizə orqanlarının, təhlükəsizlik qurumlarının və məhkəmə qollarımı nümayəndələri də sanksiyaların təsiri altına düşəcək.

Vəzifəli şəxslərin ATƏT-in Minsk qrupunun Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı iclaslarında iştirak məqsədilə ABŞ-a səfərlər üçün istisnalar olunacaq.

Sanksiyalar həmçinin ABŞ tərəfindən maliyyələşdirmə, kreditləşdirmə, sığorta, Azərbaycana çoxtərəfli maliyyə yardımı verilməsi sahəsində məhdudiyyət təşəbbüslərinin irəli sürülməsini nəzərdə tutur. Bununla yanaşı, qanun layihəsində ali rəhbərlərin və onların ailə üzvlərinin ABŞ-dakı aktivlərinin dondurulması nəzərdə tutulur. 

.

www.contact.az

.

Maybe you are interested in:

“Qlobal Maqnitski” qanununun sponsoru “Azərbaycan Demokratiya Aktı” qanun layihəsinin həmmüəllifidir

Konqresmen Smit ATƏT və ABŞ-ı Azərbaycanda siyasi məhbuslar məsələsinin həllinə çağırır

Kris Smit: “Bakının ittihamları yalnış və gülüncdür”

Milli Məclis ABŞ Konqresinə “simmetrik” cavab hazırlayır

ABŞ Helsinki Komissiyası Azərbaycanın dövlət məmurlarına qarşı sanksiyalar haqqında qanun layihəsini təqdim edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz