Federal lәzgi
milli-mәdәni muxtariyyәti

ABŞ Helsinki Komissiyası Azərbaycanın dövlət məmurlarına qarşı sanksiyalar haqqında qanun layihəsini təqdim edib

 

İnsan hüquqlarının pozulmasına görə Azərbaycan ali rəhbərliyinə vizalara sanksiyaların tətbiqi barədə qanun layihəsi (HR 4264) ABŞ Konqresinə təqdim edilib.  Sənəd layihəsi çərşənbə günü ABŞ Helsinki Komitəsinə təqdim olunub.

Qanun layihəsini komissiyanın  rəhbəri konqresmen Kris Smit Xədicə İsmayılovanın həbsinə  dair dinləmələr zamanı təqdim edib. Bu barədə Turan-ın Vaşinqton müxbiri bildirib.

"Etiraf edirik ki, milli təhlükəsizliyimiz və ölkələrimiz arasındakı iqtisadi əlaqələr baxımından bizim əlaqələrimiz vacibdir, lakin ABŞ artıq Azərbaycanda görünməmiş insan haqları pozuntularını qəbul edə bilmir”, - konqresmen vurğulayıb.

14 səhifəlik qanun layihəsi Konqresin Xarici İşlər Komitəsinə təqdim edilib. Sənəd Konqresdə ümumi müzakirəyə çıxarılacaq. Onun müzakirəsi və təsdiqi bir neçə ay davam edə bilər. Bunu Turan-ın müxbirinə Konqresdəki məlumatlı mənbələr  bildiriblər.

Konqresmen Smit Azərbaycanda insan hüquqlarının fəal tərəfdardırıdır. O, Turan-ın müxbirinə deyib ki, qanun layihəsində əsas məqsəd "həqiqəti söyləmək istəyən Azərbaycan vətəndaşları üçün azadlığı təşviq etmək və stimullaşdırmaqdır”.

Onun sözlərinə görə, jurnalist araşdırması sağlam cəmiyyətin mühüm tərkib hissəsidir. "Xədicənin və digər siyasi məhbusların həbsi güc yox, zəiflik əlamətidir”.

Bu qanun qəbul edilərsə Azərbaycanın ali rəhbərliyi, hökumət üzvləri və onların ailə üzvləri üçün Amerika vizalarının verilməsinə qadağa qoyulacaq.  Bu, Azərbaycan hakimiyyəti və onların ailə üzvəri ilə fəal əməkdaşlıq edən, onlardan maliyyə vəsaiti alanlara, həmçinin hüquq-mühafizə, təhlükəsizlik və məhkəmə orqanlarının işçilərinə şamil ediləcək.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar ATƏT-in Minsk Qrupunun iclaslarında iştirak etmək məqsədilə ABŞ-a gedən vəzifəli şəxslər üçün istisnalar olacaq.

Sənəd ABŞ proqramları vasitəsilə kreditləşmə, sığorta və ya maliyyələşməyə qadağa qoyur; Azərbaycana çoxtərəfli maliyyə yardımına əngəl törədir, yüksək vəzifəli rəhbərlərin və onların ailə üzvlərinin Amerikadakı aktivlərinin bloklanmasına çağırır.

Dinləmələr zamanı Smit deyib: "Jurnalist Xədicə İsmayılova, vəkil İntiqam Əliyev, müxalifətçi İlqar Məmmədov, fəal Anar Məmmədli kimi cəsarətli şəxslərin həbsxanada oturduğu, hüquqi, hətta tibbi yardımdan məhrum edildiyi bir vaxtda Azərbaycan hökumətinin yaşlı üzvlərinin ABŞ-a sərbəst şəkildə gəlməsi yolverilməzdir”.

Qanun layihəsinə görə, Azərbaycan hökuməti siyasi məhbusların azad edilməsi, vətəndaş cəmiyyətinin susdurulmasına son qoyulması, azad və ədalətli seçkilərin keçirilməsi məsələlərində mühüm irəliləyiş nümayiş etdirərsə sanksiyalar aradan qaldırıla bilər.

Dinləmələrdə çıxış edən senator Ben Kardin bildirib ki, ABŞ hökumətinin Xədicə  İsmayılovanın azadlığına nail olmaq üçün xüsusi öhdəlikləri var. Dövlət Departamenti "Xədicənin azad edilməsi üçün mübarizə aparmalıdır”.

Komissiya üzvləri qeyd ediblər ki, hazırda Azərbaycanda ən azı 12 jurnalist və bloger həbsdədir.

"Xədicə İsmayılovanın həbsi, "Azadlıq” radiosunun Bakı bürosunun bağlanması, hökumətdəki korrupsiyadan xəbər verən jurnalistlərin cəzalandırılması – bu, hakimiyyətin yol verdiyi pozuntuların tam siyahısı deyil”, - "Azadlıq” radiosunun icraçı direktoru Nenad Pejiç vurğulayıb. 

Xədicənin həbsinə, sadəcə, jurnalist kimi öz işini yerinə yetirməsi səbəb olub. "Hətta həbsdə ona, anası ilə sərbəst ünsiyyətdə olmağa, yazmağa imkan verilmir”, - o qeyd edib.

"Radiostansiyanın fəaliyyətinə gəlincə, polis reydindən sonra əməkdaşların bir neçəsi ölkəni tərk edib, qalanları isə işsizdir. Ofisin keçmiş direktoru Babək Bəkirov ölkədən çıxa bilmir”, - o bildirib.

"Sərhədsiz reportyorlar” təşkilatı ofisinin rəhbəri Delfina Haqland ABŞ administrasiyasını Bakıdan bütün jurnalstlərini azadlığa buraxılmasını tələb etməyə çağırıb.

Amnesty International-ın ABŞ-dakı nümayəndəsi T.Kumar Konqresi sərt olmağa çağırıb. "ABŞ-ın Bakıdakı səfirini şəxsən Xədicə İsmayılova ilə görüşə çağırın”, - o vurğulayıb.

Helsinki Komissiyasının nümayəndəsi qanun layihəsinin önəmini Turan-ın müxbirinə şərh edərkən bunu "Azərbaycanda demokratiya və insan haqlarının pozulmasına güclü cavab” adlandırıb. Qanun layihəsi Belarusda demokratiya haqqında qanunun analoqudur.

.

www.contact.az

.

Maybe you are interested in:

“Qlobal Maqnitski” qanununun sponsoru “Azərbaycan Demokratiya Aktı” qanun layihəsinin həmmüəllifidir

Daha bir konqresmen "Azərbaycanda Demokratiya Aktı"nı dəstəklədi

Kris Smit: “Bakının ittihamları yalnış və gülüncdür”

Milli Məclis Amerika əleyhinə qanun layihəsini çıxarır

XİN ABŞ tərəfindən sanksiya təhlükəsinə zəif cavab verib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz