Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Yanğın qurbanlarının sayı 15 nəfərə çatdı

 

16 mərtəbəli binada bugünki yanğının qurbanlarının sayı 15 nəfərə, zərərçəkmişlərin sayı 63 nəfərə çatıb, xəbəri Səhiyyə Nazirliyi verib.

Öz növbəsində, FHN müavini Etibar Mirzəyev jurnalistlərə bildirib ki, mənzillərdə yardım gözləyən sakinlər salamat qalıblar. Əsasən yanan binanı tərk etməyə çalışanlar həlak olub və xəsarət alıb. -06В-

*   *   *

2015 May 19 (Çərşənbə axşamı) 15:07:22

Azadlıq prospektində 16 mərtəbəli binada baş vermiş yanğının qurbanlarının sayı 10 nəfərə çatıb, xəbəri Səhiyyə Nazirliyi yayıb.

Zərərçəkmişlərin sayı 41 nəfərdir, o cümlədən 23 nəfər xəstəxanaya yerləşdirilib.

7 nəfər Klinik Tibb Mərkəzinin toksikologiya şöbəsinə, bir nəfər Yanğın Mərkəzinə, iki nəfər 6 saylı şəhər xəstəxanasına, 3 nəfər Travmatologiya və ortopediya institutuna yerləşdirilib. Qalanlara yerində tibbi yardım göstərilib.

Xilasedicilərin fikrincə, binada yanğın zamanı yüzlərlə insanın ola biləcəyi mənzillər yoxlanıldıqca, zərərçəkmişlərin sayı artacaq. -06D-

*   *   *

2015 May 19 (Çərşənbə axşamı) 14:26:54

"Azadlıq” prospektində 16 mərtəbəli binada baş verən yanğının qurbanlarının sayı 6 nəfərə çatıb. Səhiyyə Nazirliyi məlumat yayıb.

Həlak olanların ikisi azyaşlı uşaqlardır. 20 nəfər xəstəxanaya yerləşdirilib. Binada olan adamların bir hissəsi evakuasiya edilib. Çoxunun taleyi hələlik məlum deyil.

Son məlumatlara görə, yanğın lokallaşdırılıb. -06В-

*   *   *

2015 May 19 (Çərşənbə axşamı) 13:34:24

Bakıda 16 mərtəbəli binanın yandığı ərazidə olan baş prokuror Zakir Qaralov jurnalistlərə bildirib ki, ilkin məlumata görə, yanğın zamanı dörd nəfər həlak olub, 14 nəfər müxtəlif xəsarət alıb. Yanğınsöndürənlər arasında da xəsarət alanlar var.

Yanğının səbəblərinin araşdırılması üçün DİN, FHN və Baş Prokurorluq nümayəndələrindən ibarət istintaq qrupu yaradılıb.

İstintaqa mütəxəssislər də cəlb olunub. "İlkin məlumata görə, yanğına binanın keyfiyyətsiz üzlüyü səbəb olub. İcra orqanlarından obyekrin təhvil-təslim aktı götürülüb. Buna lazımi qiymət veriləcək”, - Z.Qaralov bildirib.

Şəhər Təcili Yardım Stansiyasnıın məlumatına görə, 15 nəfər xəstəxanaya, o cümlədən 7 nəfər 1 saylı Kliniki Tibb Mərkəzinin toksikologiya şöbəsinə yerləşdirilib. —06D-

*   *   *

2015 May 19 (Çərşənbə axşamı) 13:03:08

"Azadlıq” prospektində 16 mərtəbəli binada baş vermiş yanğın nəticəsində iki nəfər həlak olub. Bir nəfər pəncərədən atılaraq ölüb, digəri - azyaşlı uşaq isə tüstüdən boğulub.

Zərərçəkənlərin sayı 15 nəfəri ötüb, Səhiyyə Nazirliyi bildirib. Yanğının söndürülməsində  FHN-in vertolyotlarından istifadə olunur.06D-

*   *   *

2015 May 19 (Çərşənbə axşamı) 11:54:36

"Azadlıq” prospekti, 200/36 ünvanda ("Azadlıq” metro stansiyasının yaxınlığı) yerləşən 16 mərtəbəli bina yanır. Alov binanın fasadını bürüyüb. Şahidlərin sözlərinə görə, yanğın iki ay öncə Zıx şossesində baş vermiş analoji hadisəni  xatırladır. Belə ki, o zaman binanın penoplast üzlüyü yanmışdı.

FNH alovun söndürülməsinə yanğınsöndürən qüvvələrin cəlb edildiyini bildirib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi "Azadlıq” prospektində yanğının baş verdiyi ərazidə nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığını bildirib. Sürücülərə alternativ  Şövlkət  Məmmədova küçəsi ilə hərəkət etmək tövsiyə olunur. 

.

contact.az

.

Maybe you are interested in:

İlin əvvəlindən Cənubi Qafqaz ölkələrinin silahlı qüvvələrinin itkiləri 24 nəfər təşkil edib

“Günəşli” platformasında qurbanların sayı daha az ola bilərdi

SOCAR-da yanğın: Birinci dəfə təsadüf, üçüncü dəfə...heç üst-üstə də düşmür

ÖZÜMÜZ HAQQINDA HƏR ŞEY

"Moskva" univermağı niyə yandı?

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz