Federal lәzgi
milli-mәdәni muxtariyyәti

ÖZÜMÜZ HAQQINDA HƏR ŞEY

 
2014-cü ildə Qusar rayonunda demoqrafik vəziyyət haqqında
1 yanvar 2015-ci il tarixinə Qusar rayonunun əhalisinin sayı 1,2 min nəfər və yaxud 1,3 faiz artaraq 93,8 min nəfərə çatmışdır. Rayon əhalisinin xüsusi çəkisi Quba-Xaçmaz iqtisadi rayonunun əhalisinin ( Xaçmaz rayonu -171,2 min nəfər, Quba rayonu-163,9 min nəfər, Şabran rayonu-56,3 nəfər, Siyəzən rayonu-40,5 nəfər, Qusar rayonu-93,8 min nəfər, cəmi-525,7 min nəfər) 17,8 faizini təşkil edir. Hazırda rayonda əhalinin sıxlığı bir kvadratkilometrə 63 nəfər (Respublika üzrə 111 nəfər, region üzrə 76 nəfər) təşkil edir. Əhalinin 21,4 faizi (20,1 min nəfər) şəhər, 78,6 faizi (73,7 min nəfər) kənd yerlərində yaşayır. Rayon əhalisinin 50,0 faizini (46,9 min nəfər) kişilər, 50,0 faizini (46,9 min nəfər) qadınlar təşkil edir və hər 1000 kişiyə 1000 nəfər qadın düşür. Respublika üzrə bu rəqəm 1008,7, iqtisadı rayon üzrə 988,3, o cümlədən Xaçmaz rayonu üzrə 1002,3, Quba rayonu üzrə 970, Şabran rayonu üzrə 961,7, Siyəzən rayonu üzrə 1014,9 nəfər təşkil edir. Qusar rayon əhalisinin 21,8 min nəfəri (23,2 faizi) 0-14 yaşda, 65,7 min nəfəri (70,1 faizi) 15-64 yaşda, 6,3 min nəfəri (6,7 faizi) isə 65 və yuxarı yaşda olanlardır. 14-29 yaşda olan gənclər rayon əhalisinin 29,7 faizini (27,9 min nəfər) təşkil edir. Əhalinin ümumi sayına nisbətən 65 və yuxarı yaşda əhalinin xüsusi çəkisi üzrə rəqəm respublika göstəricisindən 0,7 faiz, iqtisadı rayon göstəricisindən 1,2 faiz çoxdur. 2014-cü il ərzində rayonda 1844, gündə təxminən 5 körpə doğulmuşdur ki, onların da 996 nəfərini (54,0 faizi) oğlanlar, 848 nəfərini (46,0 faiz) qızlar təşkil edir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 18,7-dən 19,8-ə qədər çoxalmışdır. Doğulanların 228 nəfəri (12,4 faizi) qeydə alınmamış nikahdan doğulmuşdur ki, bunun da 191 nəfəri (83,8 faizi) kənd yerlərinə məxsusdur. Ötən il rayonda 626 ölüm, 822 nikah və 111 boşanma halı qeydə alınmışdır. 2013-cü ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 7,1-dən 6,7-yə qədər azalmış, nikahların sayı 8,3-dən 8,8-ə qədər artmış, boşanmaların sayı isə 1,4-dən 1,2-yə qədər azalmışdır. İqtisadi rayon üzrə boşanmaların sayı (əhalinin hər 1000 nəfəri hesabı ilə) ən çox Şabran (1,4 faiz) və Qusar rayonunda (1,2 faiz) rast gəlinir. Boşanmaların 35,1 faizi (39-u) şəhər yerinə aiddir. Gənc ailələr tərəfindən ailə münasibətlərinə və ailə məfhumuna ciddi yanaşılmamasının nəticəsidir ki, rayonda boşanma halları yüksək olaraq qalır. Qusar rayonunda əhalinin ölüm əmsalı respublika göstəricisindən 0,8, region göstəricisindən isə 0,3 əmsal çoxdur. Cari ildə 10 nəfər 1 yaşa qədər körpə vəfat etmiş (onlardan 4-ü oğlan, 6 nəfəri qız) və ya hər 1000 nəfər diri doğulandan 5,9-u ölmüşdür. Bu göstərici respublika göstəricisindən 4,3, region göstəricisindən 0,9 əmsal azdır. 2014-cü ildə 1 ana ölümü faktı (doğuşdan əvvəl və sonra) qeydə alınmışdır. Respublika miqyasında olduğu kimi, Qusar rayonunda da ölüm hallarına əsasən qan dövranı sisteminin xəstəlikləri, yenitörəmələr, həzm sisteminin, tənəffüs orqanlarının xəstəlikləri səbəb olur. Qusar rayonunda 2014-cü ildə qeydə alınmış 21133 xəstəlik halından 6060-ı (28,7%) tənəffüs orqanlarının, 1909-u (9,0%) həzm orqanlarının, 2172-i (10,3%) bəzi infeksion xəstəlikləri olmuşdur. 2014-cü il ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Qusar rayonuna daimi yaşamaq üçün 150 nəfər gələn (88 şəhər və 62 kənd yerlərinə) və 68 nəfər (ondan 25 nəfər şəhərdən, 43 nəfəri isə kənddən) rayondan gedən qeydə alınmışdır.
Rafiq Mahmudov, Qusar Rayon Statistika İdarəsinin rəis müavini

.

gusarpress.com

.

Maybe you are interested in:

İlin əvvəlindən Cənubi Qafqaz ölkələrinin silahlı qüvvələrinin itkiləri 24 nəfər təşkil edib

Baş Prokurorluq: “Müsəlman Birliyi”nin 68 üzvü həbs edilib

Nardaran hadisələri zamanı ölənlərin və həbs edilənlərin adları bəlli olub

MÜSABİQƏYƏ YEKUN VURULDU

Yanvarda 552 nəfərə işsiz statusu verilib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz