Federal lәzgi
milli-mәdәni muxtariyyәti

"Moskva" univermağı niyə yandı?

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 1-ci mərtəbədəki eskalatorun yanından başlayan yanğın məhdudlaşdırılıb

Musavat.com-un hadisə yerində - yanğına məruz qalmış Moskva" univermağından verdiyi xəbərə görə, yanğın baş verən zaman binada heç kəs olmayıb. Satıcılar yanğından sonra gəliblər. 2-ci mərtəbədə geyim dükanları, əsasən də gəlinlik paltarları olub. Yanğın əvvəlcə birinci mərtəbədə başlayıb, sonradan ikinci mərtəbəyə sıçrayıb.

Mətbuat işçilərini içəri buraxmırlar deyə içəridən görüntü götürmək mümkün olmayıb. Bu ticarət mərkəzində dükanı olan sahibkarları da içəri buraxmayıblar ki, onlara kimə nə qədər ziyan dəydiyini hesablasınlar. 
***
Fövqəladə Hallar Nazirliyi "Moskva” univermağında baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın Nazirliyi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "Moskva" univermağının binasında yanğın hadisəsi baş verib. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda yanğın məhdudlaşdırılıb. İlkin məlumata əsasən 1 ədəd eskalatorun yanar hissələri yanıb.
****
Bakı şəhəri 3-cü mikrorayon ərazisindəki iri ticarət mərkəzlərindən birində yanğın başlayıb. 
ANS PRESS-in xəbərinə görə, hadisə "Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı "Moskva" univermağı” adlanan ticarət mərkəzində baş verib. 

Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın əsasən gəlin paltarları və ümumilikdə trikotaj məhsullarının olduğu mərtəbədə baş verib. 

Hadisə yerinə FHN dövlət yanğından mühafizə briqadalarının 4 yanğınsöndürən maşını 2 təcili yardım cəlb olunub. 

İlkin ehtimala görə, yanğının elektrik qısaqapanması səbəbindən baş verdiyi güman olunur. 

Hadisə səhər saatlarında baş verdiyindən yanğın nəticəsində xəsarət alan olmayıb. 

"Trend"in məlumatına görə, hazırda yanğın məhdudlaşdırılıb.
İlkin məlumata əsasən, 1 ədəd eskalatorun yanar hissələri yanıb.

Xatırladaq ki, 2 gün əvvəl "Sahil" metrostansiyasının üstündə olan "Sahil" ticarət mərkəzində də yanğın baş vermişdi. 




.

musavat.com

.

Maybe you are interested in:

İtkin düşən neftçilərin axtarışı nəticə verməyib

SOCAR-da yanğın: Birinci dəfə təsadüf, üçüncü dəfə...heç üst-üstə də düşmür

Yanğınsöndürənlər poliuretanı tez alışan material hesab etmirlər?

Yanğın qurbanlarının sayı 15 nəfərə çatdı

Azərbaycanda əsgər özünü güllələyib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz